Mercedes-Benz

"Mercedes-Benz" Salonu- Daima Təmiz Hava

 

Daima təmiz hava: sərnişinlərin sağlamlıqlarına göstərilən qayğı

Salon üçün kömürlü hava filtrləri sürücünün və sərnişinlərin sağlamlığının qeydinə qalır və rahat səfəri təmin edir. Onlar avtomobilə daxil olan his, toz və mikroorqanizmlər (bakteriyalar, sporlar, göbələk) kimi təhlükəli və zərərli maddələrin yox edilməsi üçün nəzərdə tutulub.

İnteqrasiya edilmiş aktivləşdirilmiş kömür qatı xidmət müddəti ərzində kükürd və azot oksidləri, benzin kimi zərərli pis qoxulu qazlardan müdafiə edir.

"Filtrin görünüşü əladır! Onu dəyişmək nəyə lazımdır?" Baxmayaraq ki, hər kəs havanın çirkləndirilməsinə ehtiyatla yanaşır, müştərilərin əksəriyyəti hava filtrlərinin sərnişinlərin sağlamlığı və rahat səfərindəki əhəmiyyəti layiqincə dəyərləndirmir.

Bu sınağın məqsədi salon üçün aktivləşdirilmiş kömürün istifadə edildiyi analoji hava filtrlərinin orijinal "Mercedes-Benz" hava filtrləri səviyyəsində sərnişinlərin müxtəlif hissəciklərdən və qazlardan müdafiəsini təmin edib-etmədiyini yoxlamaqdır

Sınaq obyektləri

  • "Mercedes-Benz" salon üçün orijinal kömürlü filtri
  • Filtr-analoq N1
  • Filtr-analoq N2

 

Sınaq meyarları

  • Filtrasiyanın effektivliyi
  • Təzyiqin itirilməsi
  • Anında irəlikeçmə

Nəticələr

 

"Mercedes-Benz" orijinal kömürlü filtri

Filtr-analoq №1

Filtr-analoq №2

Filtrasiya effektivliyi (300 m3/saat, А4)

Hissəciklərin tutulması

Hissəciklərin tutulması

Hissəciklərin tutulması

0,3–0,5 μм

85 %

80 %

29 %

0,5–1,0 μм

89 %

83 %

37 %

1,0–5,0 μм

96 %

96 %

78 %

>5,0 μм

98 %

98 %

82 %

Filtr nə qədər az hissəcik buraxırsa, o qədər yaxşıdır.

Ən yüksək filtrasiya effektivliyi nümayiş etdirir.

"Mercedes-Benz" istehsalçı tələblərinə qismən cavab verir

Standartlara uyğun deyil (9 dəfə daha çox hissəcik buraxır)

Təzyiqin itirilməsi

 

 

 

Pərin sürəti maksimal olduqda filtrdən bir saat ərzində keçən təmizlənmiş havanın miqdarı (186 Pa təzyiq itkisinə uyğundur)

500 kub. metr

367 kub. metr

474 kub. metr

Təzyiq itkisinin ölçüsü filtrin müqavimətini səciyyələndirir: filtrin müqaviməti nə qədər azdırsa, təmizlənmiş
hava axını o qədər çoxdur.

"Mercedes-Benz" orijinal kömürlü filtri daha
az (yaxşı) təzyiq itkisi göstəriciləri nümayiş etdirir.

 

 

Anında irəlikeçmə.

 

 

 

Filtrin mövcud olmasına baxmayaraq, öz-özünə salona daxil olan zərərli qazın faizi. Sınağın nəticəsinin uğurlu hesab oluna bilməsi üçün, zərərli qazın 17,5% dəyəri aşılmalı deyil.

9%

18%

17%

Aktivləşdirilmiş kömürün istifadə edildiyi hava filtrinin effektivliyi onun qəfil yaranan qoxuları tutub saxlamaq qabiliyyəti ilə müəyyən edilir (anında irəlikeçmə).

Bu tələblə bağlı əla nəticələr nümayiş etdirmiş aktivləşdirilmiş kömürün istifadə edildiyi yeganə hava filtri "Mercedes-Benz" orijinal filtri olmuşdur.

Filtr istifadə üçün yalnız nəzəri olaraq yararlı hesab oluna
bilər.

Filtr istifadə üçün yalnız nəzəri olaraq yararlı hesab oluna
bilər.


Aparılmış sınaqlar üzrə nəticə

Avtomobil salonunda havanın təmizlənməsi, habelə, sərnişinlərin sağlamlığının qorunması və rahat səfərin təmin edilməsi baxımından, sınaqdan keçirilmiş heç bir filtr "Mercedes-Benz"-dən aktivləşdirilmiş kömürün istifadə edildiyi orijinal hava filtri ilə müqayisə oluna bilməz.