Mercedes-Benz

Yağ filtrləri

Mühərrikin fasiləsiz fəaliyyəti

Müasir avtomobil mühərrikləri daha güclü, qənaətcil və ekoloji cəhətdən daha təmiz olmuşdur. Bu, motor yağı qarşısında sərt tələblər qoyur. O, sürtünən səthləri yağlayır, bununla onların yeyilməsinin qarşısını alır, termik olaraq xüsusi yüklü olan elementləri soyudur, bununla onların zədələnməsinin qarşısını alır, habelə bir çox köməkçi funksiyaları yerinə yetirir. Yağın tərkibində sürtünən səthlərin abraziv yeyilməsinə səbəb ola biləcək və ya yağın bütün yağlama nöqtələrinə çatmasını çətinləşdirəcək sərt hissəciklər olmalı deyil. Bu cür hissəciklər istismar prosesində qaçılmaz şəkildə əmələ gəlir – bu yanma, yeyilmə və kimyəvi reaksiya məhsullarıdır. "Mercedes-Benz" orijinal yağ filtrləri bu yad hissəcikləri effektiv şəkildə filtrasiya edir, bununla da mühərrikə daxil olan yağın müstəsna təmizliyini təmin edir. Bu, mühərrikin dağılmasının qarşısını almağa imkan verir.


Sınaq obyektləri

  • "Mercedes-Benz" orijinal yağ filtri A 112 184 00 25
  • Yağ filtri- analoq N1
  • Yağ filtri- analoq N2

 

Sınaq meyarları

  • Keçiricilik qabiliyyəti. Yağ filtrdən keçərkən onun çöl tərəfində, daxili tərəfi ilə müqayisədə, daha yüksək təzyiq yaranır; təzyiq dəyişməsi halı. Filtr nə qədər çox çirklənibsə, təzyiq dəyişikliyi o qədər çox olur və mühərrikə yağlama və soyutma üçün o qədər az yağ daxil olur.
  • Filtrasiya qabiliyyəti. Filtrasiya qabiliyyəti yoxlandığı zaman iki göstərici qiymətləndirilir: təmizləmə keyfiyyəti (kiçik hissəcikləri filtrasiya etmək qabiliyyəti) və filtr ehtiyatı (filtrasiya olunmuş çirklərin maksimal mümkün həcmi). Bu göstəricilər qarşılıqlı əlaqəlidir: bir qayda olaraq, yağ nə qədər yaxşı təmizlənirsə, filtrin xidmət müddəti o qədər az olur.
  • Ölçülərin dəqiqliyi. Həndəsi ölçülərin mühərrik istehsalçısının spesifikasiyalarına uyğun gəlməsi.
  • Yüklənmə altında sınaqlar. Filtrin dağılmadan öhdəsindən gələ biləcəyi maksimal yüklənmə qiymətləndirilir.

 

Nəticələr

 

"Mercedes-Benz" orijinal filtri

Filtr-analoq N1

Filtr-analoq N2

Keçiricilik qabiliyyəti

Həm 20°С, həm də 0°С temperatur şəraitində mülayim təzyiq dəyişikliyi; bu da kifayət edən keçiricilik qabiliyyətini təmin edir.

20°С və 0°С temperatur şəraitində əhəmiyyətli təzyiq dəyişikliyi nümayiş etdirmişdir, mühərrikə daha az yağ daxil olur. Bu zaman filtrasiya səthinin faydalı sahəsi qırışların yapışması sayəsində azalır.

Ən çox təzyiq dəyişikliyi nümayiş etdirmişdir və, bunun nəticəsi olaraq, keçiricilik qabiliyyəti kifayət qədər olmamışdır ki, bu da mühərrikin tez bir zamanda dağılmasına gətirib çıxara bilər.

Filtrasiya qabiliyyəti
(Yoxlama ISO 4548-12 üzrə, axın həcmi 2058 l/saat olmaqla həyata keçirilirdi)

Təmizləmə keyfiyyəti optimal olarkən, ən çox ehtiyata malikdir.

Daha aşağı keyfiyyətli filtrasiyaya (bu da mühərrikin hərəkətli detallarının yeyilməsinə gətirib çıxara bilər) və orta ehtiyata malikdir.

Çox az ehtiyatla ən yüksək yağ təmizləmə keyfiyyətinə malikdir ki, bu da, filtrdən keçmədən, təmizlənməmiş yağın verilməsinə gətirib çıxara bilər, çünki filtr öz ehtiyatını vaxtından əvvəl bitirəcək.

Saxlanmış çirk miqdarı [qr.]

20

19,5

19,9

Saxlama dərəcəsi 50% [μm(c)]

14±2

18,4

11,6

Saxlama dərəcəsi 75% [μm(c)]

20±2

23,8

14,9

Saxlama dərəcəsi 90% [μm(c)]

12±2

28,8

19,2

Saxlama dərəcəsi 99% [μm(c)]

38±2

43,2

25,4

Ölçülərin dəqiqliyi (Yoxlama ISO 4548-12 üzrə, axın həcmi 2058 l/saat olmaqla həyata keçirilirdi)

Tamamilə bütün spesifikasiyalara uyğundur.

Filtrin xarici diametri həddindən çox böyükdür ki, bu da yüksək temperatur şəraitində yağın daxil olmasını çətinləşdirə bilər.

Həddindən çox böyük xarici diametrə və kipləşdirici diametrinə malikdir. Bu, mühərrikə filtrdən keçmədən təmizlənməmiş yağın daxil olmasına gətirib çıxara bilər.

Maksimal xarici diametr [mm]

63,2

65

65,8

Büzmə qabığın diametri [mm] 63,5±0,5

63,9

61,7

63,7

Hündürlük [mm] 115±1

115,3

108

115,5

Kipləşdiricinin diametri [mm] 31±0,5

31,3

31,4

31,7

Qırışığın hündürlüyü [mm] 15,8±0,1

15,8

12,4

15

Yüklənmə altında sınaqlar

Çox yüksək maksimal yüklənməyə malikdir ki, bu da onun əngəlsiz istismarını təmin edir.

Aydın şəkildə ifadə olunan daha az maksimal yüklənməyə malikdir ki, bu da onların zədələnməsinə gətirib çıxara bilər. Bu parametr xüsusilə soyuq iqlimli regionlar üçün aktualdır.

Aydın şəkildə ifadə olunan daha az maksimal yüklənməyə malikdir ki, bu da onların zədələnməsinə gətirib çıxara bilər. Bu parametr xüsusilə soyuq iqlimli regionlar üçün aktualdır.


Aparılmış sınaqlar üzrə nəticə

"Mercedes-Benz" orijinal yağ filtrləri ciddi şəkildə spesifikasiyalara uyğun olaraq hazırlanmış və sınaqdan keçirilmişdir. Onlar motor yağının ən yaxşı şəkildə filtrasiyasını və mühərrik detallarının optimal şəkildə yağlanmasını təmin edir, bununla da onun xidmət müddətini artırır.