Mercedes-Benz

Yanacaq filtrləri

Təmiz güc

Yanacaq püskürtmə sistemlərinin quruluşu mürəkkəbdir və yanacaqda bərk hissəciklərin olmasına qarşı yüksək həssaslığı və bir sıra digər amillərlə fərqlənir. Yanacağın təmizlənməsinin kifayət dərəcədə olmaması yanacaq avadanlıqlarının köhnəlməsinə və nəticədə onun çox bahalı təmirinə və ya dəyişdirilməsinə səbəb ola bilər. Yanacaq filtrinin məqsədi, püskürtmə sisteminə daxil olan kir hissəciklərinin səbəb olduğu mühərrik detallarının köhnəlməsinin qarşısını almaqdır. Bunun üçün maksimal səmərəlilik tələb olunur: illik 70 000 km məsafəyə bərabər yürüşdə, yanacaq filtri 5000 litrdən çox yanacağı filtr etməlidir.

Yanacaq filtri püskürtmə sisteminin ən vacib komponentidir, buna görə də onun işləməsi bütün sistemin bütünlüklə işinə ideal uyğun olmalıdır. "Mercedes-Benz" texnoloji tərəqqinin ön cərgəsində olmağa çalışdığından, orijinal yanacaq filtrləri daim təkmilləşdirilir. Onlar nəm ayırma və isitmə sistemləri ilə təchiz olunur. Bu təkmilləşdirmələr hətta aşağı temperaturda belə optimal filtr işini təmin edir.


Sınaq meyarları

  • Hər növ dizel yanacağının təsirinə (biodizel daxil olmaqla) davamlıdır
  • Yanacağın təmizlənməsi dərəcəsi
  • Ölçülərin dəqiqliyi
  • Yüklənmə altında sınaqlar

 

 Sınaq obyektləri

  • "Mercedes-Benz" A 646 092 05 01 orijinal yanacaq filtri
  • Yanacaq filtri-analoq N1
  • Yanacaq filtri-analoq N2
  • Yanacaq filtri-analoq N3

 

Nəticələr

 

"Mercedes-Benz" orijinal filtri

Filtr-analoq N1

Filtr-analoq N2

Filtr-analoq N3

Filtrasiyanın effektivliyi

"Mercedes-Benz" orijinal yanacaq filtrinin möhkəmləndiriciləri və metal hissələri hər növ dizel yanacağının təsirinə eyni dərəcədə davamlıdır.

Heç bir analoq filtr təsirə davam gətirmədi, hər üç filtrdə açıq səth zədələri görünür.

Heç bir analoq filtr təsirə davam gətirmədi, hər üç filtrdə açıq səth zədələri görünür.

Heç bir analoq filtr təsirə davam gətirmədi, hər üç filtrdə açıq səth zədələri görünür.

Ölçülərin dəqiqliyi (Ştuserin forması)

Yalnız birində yanacaq şlanqının birləşməsi üçün ucluq var. Ştuser patronunun diametri yanacaq xortumunun etibarlı bərkidilməsini təmin edir.

Filtrin ştuser patronunun diametri hədəf normasından kənara çıxır ki, bu da möhkəmliyin pozulmasına və sızmanın yaranmasına səbəb ola bilər.

Filtrin ştuser patronunun diametri hədəf normasından kənara çıxır ki, bu da möhkəmliyin pozulmasına və sızmanın yaranmasına səbəb ola bilər.

Yanacaq filtrinin patronunun diametri norma daxilindədir, lakin bu filtr elementinə yanacaq şlanqı üçün ucluq çatışmır.

Giriş: Arxa daxili diametr [mm, spesifikasiya:  9,3±0,2

9,312

9,724

9,694

9,388

Giriş: Arxa daxili diametr [mm, spesifikasiya:  11±0,2

11,077

11,595

11,588

11,163

Çıxış: Arxa daxili diametr [mm, spesifikasiya:  7,3±0,2

7,265

7,647

7,639

7,22

Çıxış: Arxa daxili diametr [mm, spesifikasiya:  9±0,2

9,136

9,565

9,509

9,269

Yanacağın təmizlənməsi dərəcəsi
 (norma: 85,0%)

90,1 %. Mühərrikin uzunmüddətli və etibarlı işini təmin edir.

67,7%. Yol verilən normadan aşağıdır.

16,4 %. Təmizlənmə dərəcəsi olduqca azdır.

88,7 %. Kifayət qədər təmizlənmə dərəcəsinə malikdir, lakin yoxlama zamanı sızma verdi, təmizlənməmiş yanacaq mühərrikə asanlıqla daxil ola bilərdi.

Yüklənmə altında sınaq (Kritik təzyiqə müqavimət. Norma: 8,5 bar)

15 bar. Müxtəlif istismar şəraitində optimal mühərrik işini təmin edir.

12 bar. Tələb olunan dərəcədən yuxarı olan təzyiqə davam gətirdi.

3 bar. Hər iki filtr yüklənmə altında sınaqdan uğursuz keçdi. Bu, xüsusilə mühərrik soyuq havada işə salınanda filtrin məhv olunmasına səbəb ola bilər.

3 bar. Hər iki filtr yüklənmə altında sınaqdan uğursuz keçdi. Bu, xüsusilə mühərrik soyuq havada işə salınanda filtrin məhv olunmasına səbəb ola bilər.


Aparılmış sınaqlar üzrə nəticə

Yalnız "Mercedes-Benz" yanacaq filtri istehsalçının bütün tələblərinə cavab verir və yalnız mühərrikin sabit və problemsiz işləməsinə zəmanət vermir, həm də ağır iş şəraitində belə köhnəlmədən qoruyaraq uzunmüddətli işləməsini təmin edir.