Mercedes-Benz

Dizaynerin ilk eskizlərindən tutmuş ta zavodun konveyerinə qədər "Mercedes-Benz" öz avtomobillərinin unikal xüsusiyyətlərini qoruyub saxlayır və təkmilləşdirir. Bu, onları markanın əsl orijinal nümayəndələrinə çevirir. Buna görə, avtomobilə texniki qulluq zamanı hansı ehtiyat hissələrindən istifadə etdiyiniz bu qədər əhəmiyyətlidir. Ehtiyat hissələrini hazırlayarkən, "Mercedes-Benz" mühəndisləri konkret avtomobilin xüsusiyyətlərini nəzərə alırlar. Onlar mümkün bütün məlumatları bir yerə toplayır və həmişə nəzərə çarpan nəticələrə gəlib çıxırlar. Buna görə, orijinal ehtiyat hissələrinin istifadə edilməsi avtomobilin bütöv və təhlükəsiz fəaliyyət göstərməsinin zəminidir. İşi bilərək yaradılmış, unikal qablaşdırma dizaynı ilə, markalama ilə və ştrix- kodla müdafiə olunaraq, onlar sabit və qəzasız fəaliyyəti təmin edir.

Bu cür olan halda, onların əvəzləyicisini axtarmağa dəyərmi?

  1. Dünya detallardan ibarətdir

 

Etiket, bir qayda olaraq, qablaşdırmanın sol yuxarı küncündə, uzununa haşiyəyə paralel olaraq yerləşir.

Qablaşdırmanın markalanması üçün etiket əhəmiyyətli funksiyaya malikdir: qablaşdırmanın içindəkiləri barədə aydın, uyğun və tam məlumatın təqdim edilməsi. Bir tərəfdən, məmulatın dörd dildə (alman, ingilis, ispan və fransız dillərində) göstərilməsi, digər tərəfdən isə detalın nömrəsinin əlavə olaraq 128 ştrix kodu formasında göstərilməsi vasitəsilə.

Detalların sıra nömrələri elə qeydə alınır ki, Siz həmişə, nömrəni Detalın dəyəri bölməsində yoxlayaraq, detalın orijinallığını yoxlaya bilərsiniz.

Bu, saxta detallardan uzaq durmağa və orijinal ehtiyat hissələri lehinə düzgün seçim etməyə kömək edəcək.

Etiketdə yerləşdirilən məlumatlar:

Qablaşdırmada mövcud olan "Mercedes-Benz" orijinal ehtiyat hissələri detallarının sayı / sınaqdan keçirilmiş keyfiyyət Almaniyada istehsal olunub - detalın istehsal olunduğu ölkə Detalın 128 ştrix kodunda təqdim olunan nömrəsi 4 dildə detalın adı Tədarükçünün / Daimler AG istehsalçı zavodunun nömrəsi "Mercedes-Benz" ehtiyat hissəsinin nömrəsi

Hər orijinal "Mercedes-Benz" ehtiyat hissəsi bir daha onu xatırladır ki, "Mercedes-Benz" bütün dünyada qəbul edilmiş təhlükəsizlik, etibarlılıq, uzunömürlülük və keyfiyyət etalonudur. Buna, hər şeydən əlavə, qablaşdırmanın üzərindəki, saxtalıqdan müdafiə olunan keyfiyyət nişanı səbəb olur.

Holoqram qablaşdırmanın açıldığı yeri möhürləyir ki, bu da həmin anda istənilən açma cəhdini üzə çıxarır. Beləliklə, hər bir qablaşdırma yalnız bir dəfə istifadə oluna bilər.

Prime Line seriyasından olan məmulatların qablaşdırmasına cari nömrələməsi olan holoqramlar vurulur. Hər bir rəsmi tərəfdaş müəssisəsi detalların qablaşdırılması üçün zəruri olan sayda holoqram alır. Verilən nömrələrin sistemləşdirilməsi üzrə ciddi uçot aparılır ki, bu da müəyyən "Mercedes-Benz" orijinal ehtiyat hissəsinin yaradılmasından satışına qədər gedən yolu dəqiqliklə izləməyə imkan verir. Bu sistem bütün dünyada işləyir.

Müstəsna hallarda, holoqramlar bilavasitə olaraq detalın üzərinə vurulur. Məsələn, ön şüşələrə, akkumulyatorlara və səsboğuculara.

Bu cür yanaşma sayəsində, müştəri orijinal ehtiyat hissəsi aldığına əmin ola bilər.