Mercedes-Benz

Sizin şirkətiniz üçün avtomobillər -  bizim ixtisasımızdır.
 

Biz müasir dövrün ilk avtomobilini hazırlayıb istehlaka buraxmışıq, və bu gün biz 125 ildən çoxdur ki, innovativ texnologiyanın yaranmasında liderik.

Siz hər zaman bizə etibar edə bilərsiniz, belə ki biz, müştərilərimizin fərdi tələblərini izləməyə çalışırıq, və bu təkcə bizim ənənələrimiz səbəbindən deyil. Biz sizi, təyin olunan yerə təhlükəsiz, komfortlu və sürətli çatdırmaq üçün avtomobil təklif edə bilərik. Məhz buna görə, biz sizə, sizin biznes ehtiyaclarınızı ödəmək üçün ən optimal həll yolunu təmsil edən avtomobili təklif edirik. Şirkətinizin avtomobillərini idarə etmək və saxlamaq üçün üstünlükləri, şərtləri və geniş spektrləri haqqında məlumat əldə edin.

Bütün xidmətlər, sizin ehtiyaclarınıza uyğun olaraq hazırlanmışdır. Ucuz və effektiv.

Şirkətinizin avtomobil parkı, işinizin hərəkətverici qüvvəsidir. Və biz əminik ki, o, yaxşı yağlanmış mexanizm kimi işləyir. Kiçik və orta ölçülü avtomobil parkları üçün bir çox fərqli həll və idarəetmə sistemi olan bir xidmət sistemi gündəlik hərəkətliliyinizə də kömək edə bilər.

 

Ucuz və effektiv.

Mercedes-Benz Business Solutions proqramı çərçivəsində iqtisadi cəhətdən effektiv həll yolları var. Xərclərin idarə olunması istənilən şirkətin uğurunun təməl daşıdır.

Biz həmişə şirkətiniz üçün maliyyə faydalarını ön planda tuturuq - nəqliyyat vasitələri üçün optimal konfiqurasiyaları və əlavə avadanlıqları sifariş etməyə kömək etməkdən,  geniş xidmətlər və xüsusi şərtli seçimlərdən iqtisadi səmərəli seçimlərə qədər.

Sahibkarlar üçün təklif

Sizin xidmətinizdə - avtomobil parkınız üçün maşın alarkən xüsusi şərtlər, gələcək texniki xidmət üçün xüsusi şərtlər və avtoparkın daha da dəyişdirilməsində hərtərəfli köməyimiz. Avtomobiliniz üçün düzgün seçilmiş avadanlıqla, bu sahədə olan təcrübəmizə əsaslanaraq, siz, sürücülük rahatlığını, təhlükəsizliyini və ünsiyyətini inkişaf etdirərək işinizi daha da yaxşılaşdıra bilərsiniz.

Bizim xidmətlərimizin şəffaf qiymətləri sizə olan sədaqətimizi vurğulayacaq və siz əmin olacaqsınız ki, bu, uzun müddət qorunacaq. Biz, sizin fərdi ehtiyaclarınıza uyğun geniş xidmətlər təklif edirik.

Maliyyələşdirmə

İş dünyasında vaxt puldur. Biz hamımız daha sürətli və mobil olmaq istəyirik. Buna görə də, yeni avtomobilin alınmasında siz maliyyələşdirmənin üstünlüklərindən faydalana bilərsiniz. Bizim köməkliyimizlə sizin üçün avtomobilin maliyyələşdirilməsi,- bizim mütəxəssislər sizə hər şeyi sürətli və keyfiyyətli etməyə kömək edəcəklər. Siz müasir sürətli həyat tərzini sevirsiniz, qoy onda bizim köməkliyimizlə lizinqə götürdüyünüz yeni avtomobiliniz , sizə tam müstəqillik qazanmağa kömək eləsin.

Biz müəssisələrə və sahibkarlara geniş spektrdə maliyyələşdirmə variantları təklif edirik - fərdi avtomobillərdən tutmuş bütün avtomobil parkına qədər. Biz maliyyələşdirmənin ən optimal şərtlərini və daha artığını sizə  təklif edirik- vaxt və səyinizə qənaət edən əlavə xidmətlər təklif edirik.