Mercedes-Benz

Dizayn

Bütün orijinal "Mercedes-Benz" ehtiyat hissələrinin fərqləndirici xüsusiyyəti onların qablaşdırmasıdır. Bizim hazırladığımız qablaşdırma sadəcə təhlükəsiz nəqletməni təmin etmir. O, həmçinin saxta detallardan müdafiəyə dair zəmanətdir. Onun unikal dizaynı, qoruyucu markalamaları və holoqramları məhsulun orijinal olmasında şübhələri yox edir. Qablaşdırmanın dizaynı sadəcə asan tanınan və yadda qalan deyil, o, həmçinin, ticarət markası və dizayn üzrə hüquqlarla qorunur.

Bu qablaşdırmada orijinal ehtiyat hissələrinin açıq-boz fonda yerləşdirilmiş tünd-boz rəngli üslublaşdırılmış şəkilləri var. A3 formatından böyük olan qablaşdırmalar üçün normativ müddəa qüvvədədir ki, bu müddəaya əsasən, orijinal ehtiyat hissələrinin qəhvəyi rəngli qablaşdırması istifadə olunur.