Mercedes-Benz

Ən ekstremal şəraitdə belə fasiləsiz işləyir

"Mercedes-Benz" akkumulyatorlarının digər istehsalçılarının analoji ehtiyat hissələri qarşısındakı üstünlüyü qışda gecə buzlanmalarından sonra çoxsaylı qısamüddətli səfərlər zamanı və ya sınaqların keçirilməsi zamanı yüksək yüklənmə nəticəsində aydın olur.

Akkumulyator keyfiyyətinin maksimal dərəcədə tam və obyektiv yoxlanması üçün, mühərrikin həcmi, tamamilə enerjisinin bitməsinə qarşı dayanıqlığı və problemli hallarda mühərrikin maksimal işə salınma sayı kimi prinsipial xüsusiyyətlərin sınaqdan keçirilməsi zəruridir.

DEKRA müstəqil tədqiqat institutu orijinal "Mercedes-Benz" akkumulyatorlarını, bir neçə istehsalçının iki analoji ehtiyat hissələri ilə müqayisə edərək, sınaqdan keçirmişdir.

 

Sınaq obyektləri

Sınaqdan keçirilən bütün məmulatlar doldurulmuş və enerji yığmış şəkildə əldə edilmişdir.

  • Orijinal "Mercedes-Benz" 12 voltluq akkumulyator, tutumu 100 Amper-saatda, soyuq işə salınma zamanı 760 A cərəyan gücü.
  • Analoq akkumulyator N1
  • Analoji akkumulyator N2

 

Sınaq meyarları

  • Akkumulyatorun tutumu akkumulyatorda olan enerjinin miqdarıdır. Tutumu nə qədər böyük olsa, enerji ehtiyatı da o qədər çox olar.
  • Tam boşalma - doldurulmadan yük altında qalan akkumulyatorun iş müddəti.
  • İşə salma cəhdlərinin sayı - akkumulyatorla ekstremal şəraitdə nə qədər soyuq işə salınma edilə bilər.

Nəticələr

Akkumulyatorların tutumunun müqayisəsi

Tutumu müəyyən etmək üçün akkumulyatorlar, gərginlik 10,5 V-ə enənə qədər, akkumulyatorun bildirilmiş gücünün iyirmidə birə bərabər olan cərəyanla davamlı olaraq boşaldıldı. Əldə edilmiş nəticələr göstərir ki, orijinal akkumulyator tam boşaldılma riskinin ən aşağı səviyyəsindədir və buna görə də daha uzun müddət xidmət edəcək.

 

 

Tutumu A/s

 

Orijinal MB akkumulyatoru

 

 

Analoq akkumulyator N1

 

 

Analoji akkumulyator N2

 

 

Tam boşaltma sınağı.

Tam boşaltma sınağı zamanı, doldurulmuş akkumulyatorlar davamlı olaraq enerji istehlak edən elementə (60 vattlıq elektrik lampası) qoşulmuşdu, müvafiq olaraq gərginliyin 6 və 10,5 Volta endiyi anadək olan vaxt ölçüldü

 

 

6V halında vaxt (2 sınaq)

10,5 V halında vaxt (2 sınaq)

Orijinal MB akkumulyatoru

 

 

Analoq akkumulyator N1

 

 

Analoji akkumulyator N2

 

 

İşə salınma cəhdlərinin sayı

Sınaq başlamazdan əvvəl, sınaqdan keçiriləcək akkumulyatorlar 24 saat ərzində -20 °C temperaturunda saxlanıldı. Soyuq işə salınma cəhdlərinin maksimal sayını müəyyən etmək üçün bütün akkumulyatorlar 30 saniyə ərzində növbəti 60 saniyəlik fasilə ilə 50 A yüklənməyə məruz qalmışdır. "Mercedes-Benz" orijinal akkumulyatoru analoq akkumulyatorlarından fərqli olaraq, avtomobili soyuq işə salma şəraitində başlaması üçün üç dəfədən artıq cəhd etməyə imkan verdi.

 

Orijinal MB akkumulyatoru

 

 

Analoq akkumulyator N1

 

 

Analoji akkumulyator N2

 

 

 

Aparılmış sınaqlar üzrə nəticə

"Mercedes-Benz" orijinal akkumulyatoru bütün vacib meyarlar üzrə sınaq edilmiş akkumulyatorlar arasında ən yaxşı nəticələri göstərdi.

Xülasə: "Mercedes-Benz" orijinal akkumulyatoru hər gün və istənilən hava şəraitində yüksək güc və maksimal etibarlılığı təmin edə bilir.