İş saatları : B.E - Cümə 09:00 - 18:30 | Şənbə 10:00 - 17:00 | Bazar 11:00 - 16:00

Bakı, Xətai rayonu, Babək pr. 1025

*5545
EN RU
Haqqımızda
Bloq Əlaqə
*5545
Tapılmadı
Ana səhifə / Bloq / 125 il! innovasiyalar. İxtiraçılığa əbədi həvəslə

125 il! innovasiyalar. İxtiraçılığa əbədi həvəslə

12/02/2025

29 yanvar 1886-cı ildə Berlində Karl Benz icad etdiyi üç təkərli avtomobil üçün  patent üçün müraciət etdi. Həmin gün, 2011-ci ildə 125 yaşı olan ixtiranın – avtomobilin ad günü hesab olunur. Eyni zamanda, Qotlib Daymler ilk dörd təkərli avtomobili hazırladı. Beləliklə, Daimler AG şirkətinin yaradıcıları və onun dünya miqyasında uğurlu flaqman markası Mercedes-Benz, bir-birindən müstəqil şəkildə çalışaraq, bütün müasir minik avtomobillərinin, yük maşınlarının və avtobusların istehsalının əsasını qoydular. Vaxt keçdikcə,  avtomobilin ixtiraçısı olan şirkət, digər avtomobil istehsalçılarından fərqli olaraq, texnologiyadan dizayna qədər, rahatlığı və təhlükəsizliyini təmin edərək, işin bütün vacib aspektlərinə diqqət çəkərək daha stabil olaraq inkişaf etdi.

 Avtomobilin istehsalçısı üçün yenilik uğurun əsas faktoru olmuşdur və bu günlərdə də əhəmiyyətini artır. Yeni ideya axtarmaq üçün cəsarət olmasa, avtomobil ixtira olunmazdı və yenilik olmadan heç bir inkişaf olmazdı. Avtomobilin ixtiraçısı olan "Mercedes-Benz"  şirkəti,  həmişə bu nəqliyyat növünü aktiv şəkildə inkişaf etdirməyə çalışıb. Beləliklə, Karl Benz və Qotlib Daymlerin müvafiq olaraq "Motorvagen Patenti"ni və "Motorlu araba"nı təqdim etdikləri 1886-cı ildən etibarən şirkət 80 mindən çox patent qeydiyyatdan keçirdi və bununla da texnologiyada liderliyə iddiasını təsdiqlədi. "Benz"in "Motorvagen Patenti" dünyadakı ilk avtomobil, yenilikçi ruhun və sənətkarlığın simvolu idi. O dövrdə ustalıqla hazırlanmış üçtəkərli avtomobilin bütün görünüşü sürət erasının başlanmasından bəhs edirdi. Daymlerin motorlu arabası, öz növbəsində, ilk dördtəkərli avtomobil oldu.

1886-cı il - ilk 3 təkərli Mercedes avtomobili

Bu iki avtomobil unikal bir uğur hekayəsinin - "Mercedes-Benz"in yeni fəsillər əlavə etməyə davam etdiyi bir hekayənin başlanğıcını qoydular. Şirkətin ixtiraları həmişə əvvəlcədən bir neçə addım öndə olub - "ümidsiz" kimi tənqid olunan Ştutqartdakı "özü hərəkət edən vaqon"un istehsalından tutmuş təkcə şəxsi azadlığın simvolu deyil, həm də iqtisadiyyatın dayaqlarından biri olan müasir avtomobilə qədər. Şirkətin ən vacib yenilikləri arasında ilk avtobus, ilk yük maşını və ilk müasir minik avtomobili - 1900-cü il fevralda təqdim edilmiş 1900 - Mercedes 35hp var.

 

Mercedes 35 hp: bütün müasir minik avtomobillərinin prototipi.

Əsrin başlanğıcında, bütün müasir minik avtomobillərinin prototipi olan Mercedes 35 hp, tamamilə yeni bir avtomobil arxitekturasının təcəssümü idi. O, uzunayaqlı "motorlu araba"dan hamımıza məlum olan avtomobil obrazına keçid idi. Həlledici yeniliklər uzun təkər bazası, geniş təkər izi, aşağı ağırlıq mərkəzi və əyilmiş sükan sütunu idi.  Bu yeniliklər rahat və təhlükəsiz idarəetmə üçün zəmin yaratdı və Mercedes onun ilk təcəssümü oldu.

 1900 - Mercedes 35hp

Yenilikçi ruh avtomobil inkişafının hərəkətverici qüvvəsidir.

 

Digər bloqlar

İdman irsinə malik performans avtomobilləri, cəsarətli üslub və saf həyəcan vədi.

Daha çox

“Autostar Kaukasus” əfsanələri bir araya gətirdi!

Uzun illərdir, rəsmi şəkildə təmsil etdiyi “Mercedes-Benz” markasının fəlsəfəsini ifadə edəcək şəxsiyyət axtarışlarında “Autostar Kaukasus”un seçimi kinomuzda yaratdığı obrazlarla canlı əfsanəyə çevrilən Fəxrəddin Manafov oldu. Şirkətin 25 illiyi ilə bağlı çəkiliş məkanları olaraq isə İçərişəhər və Neft quyuları seçildi.

Daha çox oxu

“AutoStar Kaukasus Azərbaycan” GmbH zəmanət müddətini artırdı!

"Mercedes-Benz" brendinin Azərbaycandakı ilk rəsmi dileri olan “AutoStar Kaukasus Azərbaycan” GmbH şirkəti ölkəmizdə fəaliyyətinin 27-ci ilini öz alıcılarını sevindirəcək yeniliklə başlayır. Belə ki, şirkət Mercedes – Benz avtomobillərinə yürüşə məhdudiyyət qoyulmadan təqdim etdiyi 2 illik zəmanət müddətini artıq 4 ilə qaldırdı.

Daha çox oxu