İş saatları : B.E - Cümə 09:00 - 18:30 | Şənbə 10:00 - 17:00 | Bazar 11:00 - 16:00

Bakı, Xətai rayonu, Babək pr. 1025

*5545
EN RU
Haqqımızda
Bloq Əlaqə
*5545
Tapılmadı
Ana səhifə / Xidmət

Xidmət

Yüngül lehimli təkər diskləri

"Mercedes-Benz" təkər diskləri eksklüziv dizayn və yüksək istehsalat texnologiyaları deməkdir. Şinlərlə vəhdət təşkil edərək, onlar, maneənin üzərindən keçdikdə və ya quyuya düşdükdə, əhəmiyyətli yükü öz üzərinə götürür. Onların yüksək etibarlılığı səfərlər zamanı rahatlığınızın və təhlükəsizliyinizin təminatıdır.

Orijinal yüngül lehimli təkər disklərinin üstünlükləri:

- İfadəli və düşünülmüş müasir dizayn.

- "Mercedes-Benz" avtomobillərinin konkret modellərinin texniki xüsusiyyətlərinə dəqiqliklə uyğun olması.

- Möhkəmlik, zərbəyə qarşı dayanıqlıq.

- Avtomobilin dinamik xüsusiyyətlərinə müsbət təsir göstərən yüngül çəki və asqı detallarının uzunömürlülüyü.

- Dayanıqlı korroziya əleyhinə örtük.

Ucuz analoji disklərin əldə edilməsindən qazanc şübhə altındadır. Onların tez bir zamanda köhnəlməsi artıq bir neçə ildən sonra yeni disklər almaq zərurətinin yaranmasına gətirib çıxarır. Həndəsi ölçülər və kütləsinin uyğunsuzluğu asqının bahalı təmirinin daha tez edilməsinə, diskin yetərsiz davamlılığı isə təcili vəziyyətdə ciddi mənfi nəticələrə səbəb ola bilər.

Orijinal Mercedes-Benz ehtiyat hissələri

Autostar Kaukasus GMBH avtomobilinizin uzuömürlü və keyfiyyətli xidmətini təmin etmək üçün yalnız orijinal Mercedes-Benz ehtiyat hissələrindən istifadə etməyi tövsiyə edir.

Ehtiyat hissələri haqqında ətraflı məlumat almaq üçün əlaqə saxlayın:

+994 50 240 98 10

+994 50 287 40 76

Əyləc qəlibləri

İstənilən vəziyyətdə əminlik

İstənilən vəziyyətdə effektiv dayanma təhlükəsizliyin zəminini təşkil edir. Əyləc sisteminin həmahəng fəaliyyəti ayrılıqda hər bir komponentin keyfiyyətindən və etibarlılığından asılıdır. "Mercedes-Benz" orijinal əyləc qəlibləri xüsusi olaraq əyləc sistemi tərkibində optimal qarşılıqlı əlaqə və ən yaxşı dayanma xüsusiyyətlərinin əldə edilməsi üçün hazırlanmışdır.


Sınaq obyektləri

"Mercedes-Benz" C220 CDI T BlueEFFICIENCY (S 204) avtomobili

  • "Mercedes-Benz" orijinal əyləc qəlibləri A 005 420 08 20
  • Əyləc qəlibləri-analoq №1
  • Əyləc qəlibləri-analoq №2
  • Əyləc qəlibləri-analoq №3
  • Əyləc qəlibləri-analoq №4

 

 Sınaq meyarları

  • Komplektlik, quraşdırma dəqiqliyi
  • Dayanma yolunun uzunluğunun müəyyən edilməsi
  • Yeyilməyə qarşı dayanıqlıq

Əyləc diskləri

Əyləc sistemi sürücünün və sərnişinlərin təhlükəsizliyində əsas rol oynayır. Dayanma prosesində, sürtünmə qüvvələrinin təsiri və yaranan istilik sayəsində əyləc diskləri və qəlibləri son dərəcə yüklənməyə məruz qalır. Məhz buna görə, onlar sadəcə fövqəladə hallarda ən qısa dayanma yolunu təmin etməli deyil, həmçinin, istiliyin effektiv şəkildə dağıdılması, minimal deformasiya və yeyilməyə qarşı yüksək dayanıqlıq sayəsində, öz istismar xüsusiyyətlərini qoruyub saxlamalıdır. "Mercedes-Benz" orijinal əyləc diskləri, qeyd olunan tələblərə tam həcmdə cavab verərək, ən yüksək təhlükəsizlik səviyyəsini və avtomobil idarəsindən əldə olunacaq həzzi təmin edir.

 

Sınaq obyektləri

  • "Mercedes-Benz" C220 CDI T BlueEFFICIENCY (S 204) avtomobili