Mercedes-Benz

Əminlik və təhlükəsizlik

Əyləc sistemi sürücünün və sərnişinlərin təhlükəsizliyində əsas rol oynayır. Dayanma prosesində, sürtünmə qüvvələrinin təsiri və yaranan istilik sayəsində əyləc diskləri və qəlibləri son dərəcə yüklənməyə məruz qalır. Məhz buna görə, onlar sadəcə fövqəladə hallarda ən qısa dayanma yolunu təmin etməli deyil, həmçinin, istiliyin effektiv şəkildə dağıdılması, minimal deformasiya və yeyilməyə qarşı yüksək dayanıqlıq sayəsində, öz istismar xüsusiyyətlərini qoruyub saxlamalıdır. "Mercedes-Benz" orijinal əyləc diskləri, qeyd olunan tələblərə tam həcmdə cavab verərək, ən yüksək təhlükəsizlik səviyyəsini və avtomobil idarəsindən əldə olunacaq həzzi təmin edir.

 

Sınaq obyektləri

  • "Mercedes-Benz" C220 CDI T BlueEFFICIENCY (S 204) avtomobili

 

       

"Mercedes-Benz" orijinal əyləc diski
A 204 421 07 12

Əyləc diski-analoq №1

Əyləc diski-analoq №2

Əyləc diski-analoq №3

Əyləc diski-analoq №4


Sınaq meyarları

  • Korroziyadan müdafiə
  • Optimal sürtünmə əmsalı əldə etmə vaxtı
  • Yeyilməyə qarşı dayanıqlıq
  • Deformasiya dərəcəsi

Nəticələr

 

"Mercedes-Benz" əyləc diski

Əyləc diski-analoq №1

Əyləc diski-analoq №2

Əyləc diski-analoq №3

Əyləc diski-analoq №4

Korroziyadan müdafiə

Diskin üzərinə korroziyanın yaranmasının qarşısını effektiv şəkildə alan və silinməsi tələb olunmayan xüsusi boya vurulub. Disk dərhal quraşdırıla bilər və əlavə servis əməliyyatlarının həyata keçirilməsini tələb etmir.

Qoruyucu örtük quraşdırmadan öncə götürülməlidir. Əlavə servis əməliyyatlarının həyata keçirilməsi tələb olunur. Detalın quraşdırılması vaxtı artır. Örtüyün keyfiyyəti korroziyadan effektiv müdafiəni təmin etmir.

Qoruyucu örtük quraşdırmadan öncə götürülməlidir. Əlavə servis əməliyyatlarının həyata keçirilməsi tələb olunur. Detalın quraşdırılması vaxtı artır.

Qoruyucu örtük quraşdırmadan öncə götürülməlidir. Əlavə servis əməliyyatlarının həyata keçirilməsi tələb olunur. Detalın quraşdırılması vaxtı artır.

Qoruyucu örtüyün götürülməsi tələb olunmur. Disk quraşdırılması üçün hazırdır. Korroziyaya qarşı dayanıqlığı kifayət qədərdir.

Optimal sürtünmə əmsalı əldə etmə vaxtı

Artıq ilk istifadə zamanı optimal sürtünmə xüsusiyyətləri.

Optimal sürtünmə əmsalı qiymətinin əldə edilməsi üçün uzun müddət istismar vaxtı tələb olunur ki, bu da həmin müddət ərzində əyləc yolunun artmasına öz təsirini göstərir.

Qənaətbəxş nəticə.

Optimal sürtünmə əmsalı qiymətinin əldə edilməsi üçün uzun müddət istismar vaxtı tələb olunur ki, bu da həmin müddət ərzində əyləc yolunun artmasına öz təsirini göstərir.

Qənaətbəxş nəticə.

Yeyilməyə qarşı dayanıqlıq

Tormozlama effektivliyinin azalması aşkar edilməmişdir. Sınaq başa çatdıqdan sonra, diskin səthində onun sıradan çıxmasına gətirib çıxara biləcək və ya gələcəkdə istismar edilməsinə maneçilik törədəcək qüsurlar aşkar edilməmişdir.

200 dayanmadan ibarət dövrə başa çatdığı anda, diskin temperaturunun yüksəlməsi səbəbi ilə, effektivlik azalmışdır. Sınaq başa çatdıqdan sonra, diskin səthində çatlar əmələ gəlmişdir. Bundan sonra istismarı mümkün deyil.

Səthin zədələri cüzidir və bundan sonra istismara maneçilik törətmir. Tormozlama effektivliyinin azalması aşkar edilməmişdir.

200 dayanmadan ibarət dövrədən sonra, diskin temperaturunun yüksəlməsi səbəbi ilə, effektivlik azalmışdır. Bütün dövrələr başa çatdıqdan sonra, diskin səthində əhəmiyyətli zədələnmə aşkar edilməmişdir.

Sınaq zamanı disk qızmırdı, lakin sınaq başa çatdığı vaxt onun səthində əhəmiyyətli çatlar əmələ gəldi. Bundan sonra istismarı mümkün deyil.

Deformasiya dərəcəsi

İstənilən sürətlə dayanma zamanı minimal deformasiya.

Bütün sınaq müddəti ərzində deformasiya cüzi olmuşdur.

207,9 km/saat sürətindən dayanma zamanı əhəmiyyətli deformasiya.

Bütün sınaq müddəti ərzində deformasiya cüzi olmuşdur.

207,9 km/saat sürətindən dayanma zamanı əhəmiyyətli deformasiya.


Aparılmış sınaqlar üzrə nəticə

Nəticələrin kompleks qiymətləndirilməsindən sonra, "Mercedes-Benz" əyləc diskləri ən yaxşı nəticə nümayiş etdirmişdir. İstənilən ilkin sürətdən az dərəcəli deformasiya əla tormozlama effektivliyini və təhlükəsizliyi, yeyilməyə qarşı mükəmməl dayanıqlıq isə davamlı xidmət müddətini təmin edir.