Mercedes-Benz

Şüşətəmizləyənin fırçaları

İstənilən hava şəraitində təhlükəsizlik və mükəmməl görünüş

Təhlükəsizliyə təsir göstərən əhəmiyyətli elementlərdən biri şüşətəmizləyənin fırçalarıdır. Onların əvəz edilməsi üzrə xərcləri azaltmağa çalışaraq, bəziləri analoqların lehinə seçim edir və ya, ilkin istismar xüsusiyyətlərinin itirilməsinə baxmayaraq, quraşdırılmış fırçalardan istifadə etməyə davam edirlər. Söhbət təhlükəsizlikdən getdiyi zaman güzəştə getmək lazım deyil. "Mercedes-Benz", yalnız mükəmməl keyfiyyətə deyil, həmçinin istənilən hava şəraitində rahatlığı və
təhlükəsizliyi təmin etməyə qadir olan nəzərə çarpan istismar xüsusiyyətlərinə malik olan orijinal şüşətəmizləyən fırçaları təklif edərək, bunu təsdiq edir.


Sınaq obyektləri

  • "Mercedes-Benz" A 169 820 12 45 orijinal şüşətəmizləyən fırçaları
  • Fırça-analoq №1
  • Fırça-analoq №2
  • Fırça-analoq №3

Sınaq meyarları

  • Yeyilməyə qarşı dayanıqlıq. 120 000 təmizləmə dövrəsi ilə şüşənin səthində zolaqların əmələ gəlməsi anı təsbit edilir.
  • Təmizləmənin effektivliyi, sürətdən asılı olaraq, 200 km/saat sürəti imitasiya edən hava axını təsiri altında fırçanın şüşənin səthi ilə təması itirməsi səbəbi ilə yaranan təmizləmə qüsurlarının olub-olmadığına əsasən qiymətləndirilir.
  • Yeyilmə dərəcəsinin göstərilməsi. Fırça onun ətraf mühitin mənfi təsirləri nəticəsində yeyilmə dərəcəsini göstərən indikatorla təchiz olunubmu.
  • Şüşənin təmizlənməsi dərəcəsi. Şüşə fasiləsiz şəkildə sulanır. +5 və +23°C temperatur şəraitində onun təmizlənməsi sahəsi və təmizlənməmiş zonaların olub- olmadığı təsbit edilir.
  • Bloketmə ilə sınaq fırçaların donub şüşənin səthinə yapışmasını imitasiya edir (ilin qış fəslinə xasdır). Fırçalar parçanın deformasiyasının və zədələnməsinin olub-olmadığı üzrə yoxlanılır.
  • Korroziyanın yaranmasına qarşı dayanıqlıq. Fırçanın metal səthlərinin vəziyyəti duzlu dumanın olduğu kamerada durduqdan sonra korroziya ocaqlarının əmələ gəlib-gəlmədiyi üzrə yoxlanılır.
  • Yüksək temperaturların göstərdiyi təsir. Fırçalar termokamerada 70 °C temperatur şəraitində saxlanılır. Soyutmadan sonra, fırçalar şüşəyə yapışmalı və işlədiyi zaman artıq səs və ya vibrasiya yaratmalı deyil."

Nəticələr

 

“Mercedes-Benz”
 şüşətəmizləyən fırçası

Fırça-analoq №1

Fırça-analoq №2

Fırça-analoq №3

Yeyilməyə qarşı dayanıqlıq

Sınaq başa çatdığı anda fəaliyyət effektivliyinin azalması aşkar edilməyib. Yeyilməyə qarşı yüksək dayanıqlıq

Fırça sınaqda verilmiş dövrələrin yarısının öhdəsindən gəlmiş, daha sonra isə şüşənin təmizlənməsi qüsurları yaranmışdır. Qənaətbəxş nəticə.

Görünüş sahəsində
zolaq və izlər demək olar ki, sınaq başladıqdan dərhal
sonra təsbit edilmişdir Yeyilməyə qarşı qeyri-qənaətbəxş dayanıqlıq.

Görünüş sahəsində
zolaq və izlər demək olar ki, sınaq başladıqdan dərhal
sonra təsbit edilmişdir Qeyri-qənaətbəxş nəticə

Sürətdən asılı olaraq
 təmizləmənin effektivliyi

Hətta son hədd sürətə (200 km/saat) çatdıqda belə
 fırça şüşənin səthini effektiv şəkildə təmizləyir.

160 km/saat sürətdən başlayaraq
 şüşənin təmizlənməsi keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Yüksək hərəkət sürətində kifayət etməyən effektivlik.

Qeyri-qənaətbəxş nəticə Hətta kiçik sürətlə belə,
 görünüş sahəsində zolaq və izlər əmələ gəlmişdir.

Təmizləmə qüsurları sınağın lap əvvəlindən aşkar edilmişdir. Sürət artdıqca, görünüş sahəsi daha da azaldı. Qəbul edilməz nəticə.

Yeyilmə indikatorunun mövcudluğu

Mövcuddur.

Yoxdur.

Yoxdur.

Yoxdur.

Şüşənin təmizlənməsi dərəcəsi

Sınaq temperaturundan asılı olmayaraq, yüksək təmizləmə keyfiyyəti.

Görünüş sahəsində +5°C temperatur şəraitində
 müşahidə zonasında zolaqlar və izlər əmələ gəldi.

Fırça şüşənin səthini effektiv təmizləmir.

Fırça şüşənin səthini effektiv təmizləmir.

Bloketmə ilə sınaq

Zədələnmə və ya deformasiya izləri
yoxdur.

Fırçanın lenti onun əsasından ayrıldı. Bu cür olan halda, ön şüşənin zədələnməsi mümkündür.

Zədələnmə və ya deformasiya izləri
yoxdur.

Fırçanın lenti zədələnmişdir.
Bu səbəblə, təmizləmənin effektivliyi azalmışdır.

... yaranmasına qarşı dayanıqlıq.

Korroziya izləri aşkar edilməyib.

Korroziya izləri aşkar edilməyib.

Fırçanın metal səthlərində korroziya izləri və parlaq pas
ləkələri.

Fırçanın metal səthlərində korroziya izləri və parlaq pas
ləkələri.

Yüksək temperaturların göstərdiyi təsir

Səsin və ya şüşənin təmizlənməsi qüsurlarının
 artması aşkar edilməmişdir.

Fırçanın effektivliyi müvəqqəti olaraq azalmış və bir neçə dövrə işlədikdən sonra bərpa olunmuşdur.

İş zamanı səs yarandı, şüşənin səthinin təmizlənməsi keyfiyyəti aşağı
düşdü.

Fırçanın effektivliyi
müvəqqəti olaraq azalmış və bir neçə dövrə işlədikdən sonra bərpa olunmuşdur.


Sizin fırçalarınız effektivlik sınağından keçəcəkmi?

 

Görünüş sahəsinin xarici kənarlarında üçədək zolaq qalır – bu görünüşə əhəmiyyətli maneə yaratmır. Şüşətəmizləyənin tənzimlənmiş fırçaları bundan sonra da istifadə oluna bilər.

 

Görünüş sahəsinin mərkəzi hissəsində bütöv zolaq əmələ gələn kimi şüşətəmizləyənin fırçalarını dəyişmək lazımdır.

 

Fırçalar nəzərdən keçirildiyi zaman suyun daimi olaraq toplanması (bulanma), yaxud hətta nahamarlıqlar aşkar edilmişdirsə, təmiz və təhlükəsiz görünüş üçün yeni şüşətəmizləyən fırçaları quraşdırmaq zəruridir.

Aparılmış sınaqlar üzrə nəticə

Yalnız "Mercedes-Benz" orijinal şüşətəmizləyən fırçaları, ətraf mühit şəraitindən və avtomobilin hərəkət sürətindən asılı olmayaraq, şüşənin yüksək keyfiyyətlə təmizlənməsini təmin edir, yeyilməyə qarşı müstəsna dayanıqlıq isə, xidmət müddəti kimi parametr üzrə sözsüz üstünlüyü təmin edərək, onları səmərəli olaraq analoqlarından fərqləndirir.