Instagram
Facebook
Youtube

A-Class

91f66b85-47c1-43fc-a9d0-8f101893a86a.jpg
c67f693e-0f07-459d-81d5-40fe9c844ebd.jpg
554bcb43-3144-459c-94e3-a5ed1bafbbbc.jpg
61594 AZN-dən

A-Class

Yeni A-Klass sedan.

İnqilabi şəkildə hiss olunur. Və o cür də görünür.

MBUX (Mercedes-Benz User Experience) sistemli və idman üslublu üçhəcmli kuzov dizaynlı yeni A-Klass sedan.

Üçhəcmli kuzovlu ilk A-Klass sedan.

Yeni A-Klass sedan idman nöqteyi nəzərindən: dinamik-zərif siluetli sedan qismində.

Burada hər şey Sizin istəklərinizə tabedir.

Yeni A-Klass sedan avtomobilinin salonunda özünü rahatlığın ağuşunda hiss edirsən. Alətlər paneli, mərkəzi konsol və qapı örtüləri arasındakı səlis keçidlər xoş “bürümə efektini” yaradır. Bu cəhət, həmçinin, bəzək elementlərinin geniş seçimi və efektli və rahat salon işıqlandırması bu sinifə aid avtomobilin xüsusiyyətləridir. 

Mercedes-Benz Intelligent Drive sistemləri ilə birgə nümunəvi təhlükəsizlik.

Sizin yeni A-Klass sedan avtomobiliniz Sizi irəlidəki toqquşma haqqında xəbərdar edə, əyləcləmə zamanı yardım edə və ya ani əyləcləməni müstəqil qaydada yerinə yetirməyə yardım edə bilər.  

Əsas təhlükəsizlik sistemləri:

- Dairəvi görüntü videokameralı parklama paketi

- Sürücüyə dəstək sistemləri paketi

- MULTIBEAN LED 

- Live Traffic Information yol məlumatı xidməti.

İstər pik saatında, istərsə də uzun gecə səfəri və yaxud tanımadığınız yolda olduğunuz zaman A-Klass sedan avtomobiliniz Sizi üzərinizə düşən yükdən hiss olunacaq dərəcədə azad edəcək, xüsusi ilə də stresli vəziyyətlərdə. “Mercedes-Benz” avtomobilindəki hər bir səfərinizi təhlükəsiz və təkrarolunmaz edən konsepsiya Mercedes-Benz Intelligent Drive adlandırılır. Sizin sükan arxasında keçirdiyiniz vaxt boş yerə sərf olunmamalıdır. Bu, istirahət vaxtıdır. Gücün bərpa olunması zamanıdır. Avtomobil Sizi etibarlı və rahat şəkildə təyinat yerinə çatdıracaq.

DISTRONIC məsafənin aktiv gözlənməsi sistemi

Bundan sonra Siz bu yüksək inkişaf etmiş sistemdən imtina etmək istəməyəcəksiniz, hər şeydən əvvəl cərgədə və yaxud tıxacda hərəkət edən zaman. DISTRONIC məsafənin aktiv gözlənməsi sistemi irəlidə hərəkət edən nəqliyyat vasitəsinə qədər olan məsafəni avtomatik qaydada tənzimləyərək Sizi bu məsuliyyətdən hərtərəfli azad edir. Yol nişanlarının tanınması sistemi ilə birgə Siz, sadəcə düyməni bir dəfə basmaqla tanınan sürət məhdudiyyətlərini qəbul edə bilərsiniz.

- Radiator üzünün daxilində yerləşdirilən radar sensoru avtomobilin qarşısındakı zonanı nəzarətdə saxlayır.

- Hərəkət edən və ya dayanan avtomobillərə qədər sürücü tərəfindən təyin olunan məsafəni tənzimləyir: 0-200 km/s aralığında.

- İdarəetməyə sürücünün müdaxiləsi tələb olunduqda vizual və səsli xəbərdarlıq.

Aktiv ani əyləcləmə sistemi

Aktiv ani əyləcləmə sistemi hər zaman ehtiyat nümayiş etdirir və olduqca qısa məsafə və yaxud diqqətsizlik ucbatından yaranan qəzaların qarşısını almağa Sizə kömək edəcək. Belə olan halda  toqquşma təhlükəsinin yaranması zamanı sistem vizual və səsli xəbərdarlıq ötürür.  Əgər Bundan sonra Siz əyləc pedalını olduqca zəif basırsınızsa, sistem mövcud vəziyyətdən asılı olaraq əyləcləməni gücləndirir.

Sizin reaksiya vermədiyiniz tədqirdə aktiv ani əyləcləmə sistemi işə düşür, hansı ki avtonom əyləcləmə yolu ilə enerjini mümkün qədər azaltmağa çalışır. Bu, qəzaların qaşısını almağa, və yaxud, ən azından nəticələrini yüngülləşdirməyə  kömək edəcək. Həmçinin 60 km/s qədər sürətlə hərəkət edən zaman sistem dayanan nəqliyyat vasitələrinin və yaxud yolu keçən piyadaların qarşısında əyləcləyə bilir. Vəziyyətdən asılı olaraq, 50 km/s sürətlə hərəkət edən zaman sistem hətta toqquşmalardan xilsa olmağa belə kömək edəcək.

PRE-SAFE® sistemi

PRE-SAFE® sistemi mümkün qəzaya qədər olan vaxtı Sizin üçün istifadə edir. Bir çox tədbirlər bu cür vəziyyətdə yaranan yükləri azaltmağa yardım edəcək. İnnovativ PRE-SAFE® Sound sistemi qorunma reflekini işə salmağa məcbur edən dinamiklərdən ibarət səs çıxarır: Sizin qulağınız bir müddət tutulur və bu da qulaqlarınızı qəza zamanı baş verən möhkəm səsdən qoruyur.

PRE-SAFE® sisteminin köməyi ilə qabaq kəmərlər təhlükəli vəziyyətdə təhlükəsizlik kəmərindəki mövcud lüftün azaldılması məqsədi ilə elektrik sıxma mexanizmlərinin köməyi ilə çəkilə bilir. Bu zaman əyləcləmə və ya avtomobili kənara çəkmə səbəbindən sərnişinlərin irəli gəlməsi artıq qəza təhlükəsindən əvvəl azala bilir. Müəyyən hallarda yan pəncərələr və ya panorama lyuk avtomatik bağlanır. Qabaq sərnişinin əlavə oturacağı toqquşma zamanı daha əmin-aman yerə keçə bilər. Nəticə etibarı ilə PRE-SAFE® sisteminin komponentləri travma riskini əhəmiyyətli dərəcədə azalda bilir.

PRE-SAFE® Sound funksiyası üçün xüsusi səsli çip dinamiklərin vasitəsi ilə səs salır. Bu səs dəniz və yaxud şəlalə səsini xatırladır. Refleksin aktivləşdirilməsi zamanı qulaqdağı kiçicik əzələ qısa müddətə yığılır və qulaq pərdəsi ilə daxili qulaq arasındakı birləşməni amortizasiya edir. Bunu avtomobillərin aktiv hərəkət etdiyi küçədən gələn səs ilə müqayisə etmək kifayətdir. Lakin, heç nə baş verməsə daha yaxşı olar. Belə olan halda PRE-SAFE® sisteminin funksiyaları Sizi növbəti təhlükəli vəziyyətdə qorumağa hazırdır.

Hərəkət zolağının saxlanması sistemi

Əgər Siz kəsik və ya bütöv xətti təsadüfən keçərsinizsə, bu zaman sistem Sizi sükan çarxının titrəməsi vasitəsi ilə bu barədə xəbərdar edəcək. Kəsik xəttin arxasınca gələn xəttin tutulmuş kimi qəbul edildiyi zaman bütöv xətti keçdikdə sistem əyləc sisteminin birtərəfli işə salınması vasitəsi ilə müdaxilə edə bilər.

İstiqamətə verilən bu cür düzəliş qəzalardan xilas olmağa kömək edir. Sizin tərəfinizdən idarəetmə, əyləcləmə və yaxud sürətlənmə üzrə aktiv hərəkət zamanı sistem müdaxiləsi baş vermir. Siz, sürücü kimi, avtomobili hər zaman nəzarətdə saxlayırsınız.  

“Kor zonaların” monitorinqi sistemi

“Kor zonaların” monitorinqi sistemi hərəkət zolağını dəyişdiyiniz zaman Sizin üçün görüntü imkanını qoruyub saxlayır və əvtomobilin “kor zonasında” yerləşən obyektləri tanıya bilir.  Bu, misal üçün çoxzolaqlı küçələrdə və yaxud avtomagistralda toqquşmaların qarşısını almağa kömək edir. Avtomobilin əlavə üç dəqiqə ərzində hərəkətsiz olduğu təqdirdə: sistem velosipedçiləri və ya avtomobilləri təhlükəli zonada qeydə aldığı halda vizual və yaxud səsli xəbərdarlıq ötürür.  

Nəqliyyat axınında təhlükə mənbələrini tanımaq – iki ədəd radar sensoru “kor zona” adlandırılan  sahəyə nəzarət edir. Əgər sistem həmin zonada digər hərəkət iştirakçısını aşkar edirsə, arxa görüntülü xarici güzgüdə müvafiq tərəfdən qırmızı üçbucaq sayrışır. Əgər sürücü bu siqnallı görmürsə və dönmə işarəsini işə salırsa, bu zaman xəbərdarlıq siqnal lampası sayrışmağa başlayır və səsli xəbərdarlıq siqnalı işə düşür.

Yol nişanlarının tanınması sistemi

Kamera və naviqasiya mexanizmləri daima icazə verilən sürətə nəzarət edir – beləliklə, Siz hər zaman hətta ən böyük miqdarda olan müxtəlif yol nişanlarından baş çıxara və həmin an sürət həddinə riayət edə bilərsiniz. Sistem Sizə daima məlumat ötürdüyü üçün pozuntu riski azalır. Bu, rahat olmaqla yanaşı, həm də yol hərəkətinin təhlükəsizliyini gündəlik artırır.

Bundan əlavə, yol nişanlarının tanınması sistemi rütubətli hava üçün nəzərdə tutulan sürət həddi kimi əlavə məhdudiyyət nişanlarını əks etdirir — şüşətəmizləyən qoşulu vəziyyətdə olduğu zaman sistem hətta xəbərdarlıq ötürür. Əgər sistem sürət həddini tanıyırsa, həmin hədd sükan çarxının üzərində yerləşən düyməni basmaqla  avtomobilə daxil ola bilir. Sürət həddləri ilə bağlı aktiv xəbərdarlıq sistemi ilə birlikdə sürət avtomatik ötürülə və köklənə bilər.  Siz, həmçinin, yolun müəyyən hissəsində ötmə əməliyyatına qadağanın qoyulması və yaxud yolun ötmə əməliyyatının qadağan edilmiş hissəsinin bitməsi haqqında məlumatı alətlər kombinasiyası və ya multimediya displeyinin üzərindən oxuya bilərsiniz.  Həmçinin yol nişanlarının tanınması sistemi, misal üçün avtomagistrallarda girişə qoyulan qadağanı da tanıya bilir.  Bu cür halda sistem vizual və səsli siqnalların köməyi ilə Sizdən hərəkətin istiqamətini dəyişməyi tələb edəcək.

Təhlükəsizlik baxımından daha bir nailiyyət – köməkçi sistemləri paketinin kamera və radar sistemlərinin qarşılıqlı əlaqəsi zamanı  əldə olunur. Belə olan halda köməkçi sistem həmçinin piyada keçidi zolağının üzərində dayanan insanlar haqqında da xəbərdarlıq edə bilir.  

Proyeksiya displeyi

Qəti, idmanyönümlü idarəetmə üçün əla zəminlər: proyeksiya displeyi avtomobilinizin qabaq şüşəsini effektiv rəqəmsal alətlər panelinə çevirir. Bunun sayəsində vacib məlumatlar hər zaman gözünüzün önündə olur. Sizin bütün diqqətiniz yola və Sizdən irəlidə baş verən yol hadisələrinə cəmlənir.

Avtomobil
Başlanğıc Qiymət