Instagram
Facebook
Youtube

B-Class

c81eb656-211c-4546-a4cc-8260bbb4a532.jpg
60800 AZN-dən

B-Class

Yeni B-Class.

Üslub – bizim ailəvi xüsusiyyətimizdir.

Bəzən təhlükəsizlik – hər şeydir.

Yeni B-Klass Sizi sükan arxasında olan zaman işinizi daha effektiv şəkildə yüngülləşdirəcək köməkçi sistemləri ilə təchiz olunur. Bura aiddir, məsələn,  məsafəni gözləyən aktiv DISTRONIC sistemi, hansı ki təyin olunan məsafəni avtomatik müşahidə edə bilir, və yaxud aktiv ani əyləcləmə sistemi, hansı ki fövqəladə hallarda Sizə avtomobili dayandırmağa kömək edir. Beləliklə, Siz və ailəniz hər zaman “etibarlı əllərdəsiniz”.

Özünüzü yalnız hər şeyin ən yaxşısı ilə əhatə edin.

Yeni B-Klass avtomobilinin salonu Sizi bu sinfə aid olan avtomobillər üçün unikal atmosfer ilə qarşılayır.
Bu, eksklüziv “bürünmə effektinin” sayəsində baş verir. Alətlər paneli, mərkəzi konsol və qapı örtülərinin arasındakı keçidlər olduqca səlis qaydada tərtib olunub. Bunun sayəsində sərnişinlər özlərini sanki “qucaqlanmış” kimi hiss edir.

İşdə, ailədə, indi isə yeni B-Klass avtomobilində. Çünki o, təbii nitqin intuitiv tanınması sistemi ilə təchiz edilib. Ürəyiniz istəyən zaman Siz, əsas köklənmələri həmçinin sensor ekranı və ya sensor panelinin köməyi ilə də edə bilərsiniz. Sizə daha uyğun olan şəkildə. 

Yeni B-Klass Sizi gözləyir. O, Sizə maksimal rahat oturacaqlar, genişlik və universal yük bölməsini təklif etməyə hazırdır.

Yeni B-Klass avtomobili intuitiv idarəetməsi ilə fərqlənməklə yanaşı, həm də günü-gündən Sizə daha yaxşı uyğunlaşır. Məsələn, o, Sizin ofisinizə aparan yolu yadında saxlayır və tıxac olan zaman daha cəld marşrutu təklifi edir. Bunun arxasında MBUX (Mercedes-Benz User Experience) inqilab sistemi gizlənir.  Bu multimediya sistemi Sizi və tutduğunuz üstünlükləri günü-gündən daha yaxşı tanıyır.  Bu, günlərin bir günü yeni B-Klass avtomobilinin Sizi özünüz kimi yaxşı anlamağa başladığı günə qədər davam edəcək.

Əsas rahatlıq elementləri:

- ENERGIZING Plus paketi

- HANDS-FREE ACCESS funksiyası

- Mutikonturlu oturacaqlar

- Qızdırıcı ilə təchiz edilmiş multifunksional sükan çarxı.

Əsas təhlükəsizlik xüsusiyyətləri:

- Sürücüyə dəstək sistemləri paketi

- Dairəvi görüntü videokameralı parklama paketi

- MULTIBEAM LED işıqdiodlu faraları

- Aktiv ani əyləcləmə sistemi

Avtomobil
Başlanğıc Qiymət