Mercedes-Benz

"Mercedes-Benz" brendinin Azərbaycandakı ilk rəsmi dileri olan “AutoStar Kaukasus Azərbaycan” GmbH şirkəti ölkəmizdə fəaliyyətinin 27-ci ilini öz alıcılarını sevindirəcək yeniliklə başlayır. Belə ki, şirkət Mercedes – Benz avtomobillərinə yürüşə məhdudiyyət qoyulmadan təqdim etdiyi 2 illik zəmanət müddətini artıq 4 ilə qaldırdı.

Zəmanət, alınma tarixindən sonra 4 il ərzində ilk və sonrakı sahiblərinə şamil olunur. "Mercedes-Benz" zəmanəti, mexaniki və digər zədələr olmadığı halda yalnız original ehtiyat hissələri və aksesuarlarına (nəqliyyat vasitəsinin istismarı zamanı təbii aşınmaya məruz qalan hissələr və materiallar istisna olmaqla) aiddir.

Avtomobillər haqqında daha ətraflı məlumat almaq və yaxından tanış olmaq üçün Bakı şəhəri,Babək prospekti 1145 ünvanında yerləşən satış mərkəzinə yaxınlaşa bilərsiniz.

Əlaqə: 976

(+99412) 496 50 50

(+99412) 496 51 31

Ünvan: Babək pr, 1145