Mercedes-Benz

“Mercedes-Benz” tarixi

Mercedes-Benz markasının tarixi Almaniyanın iki məşhur avtomobil şirkətinin - Benz & Cie-nin (1883-cü ildə Karl Benz tərəfindən təsis edilmişdir) və Daimler-Motoren-Gesellschaft (1890-cı ildə Gottlieb Daimler tərəfindən təsis edilmişdir) adları ilə bağlıdır. Hər iki şirkət 1926-cı ilə qədər müstəqil şəkildə inkişaf edirdi, həmin il Daimler-Benz konserninə birləşdilər. Brendin adı isə birləşmiş şirkətlərin ən əhəmiyyətli iki nəqliyyat vasitəsinin - Gottlieb Daimler tərəfindən istehsal olunan Mersedes 1901 və Karl Benz tərəfindən ilk dəfə 1886-cı ildə hazrlanan Benz Patent-Motorwagen adlarının birləşməsindən yaranıb.