Mercedes-Benz

Bərpa edilmiş ehtiyat hissələri


Uyğun qiymətlər, yüksək keyfiyyət 

"Mercedes-Benz" ehtiyat hissələrinin bərpa edilməsi müstəsna olaraqDaimler AG konserninin xüsusi müəssisələrində və avadanlığında, mütləq təmizləmə, funksional sınaq və yararlılığın müəyyən edilməsi mərhələlərinin yerinə yetirilməsi ilə, yığılma, keyfiyyətə nəzarət və yeni detalın xüsusiyyətinə tam uyğun olması ilə, reallaşdırılan texnoloji prosesdir. Məhz buna görə, "Mercedes-Benz" ehtiyat hissələrinə yeni ehtiyat hissələrinə verilən zəmanətlə eyni zəmanətlər* verilir.

* "Mercedes-Benz" minik avtomobilləri üçün ehtiyat hissələrinə verilən zəmanət, yürüş məhdudiyyəti olmadan, 2 il təşkil edir

 

 


 

Açıq-aydın üstünlüklər:

  • Keyfiyyət - bərpa prosesinə ciddi riayət etmə və yeni detal xüsusiyyətlərinin əldə edilməsi
  • Fərdi yanaşma - bərpa edilmiş ehtiyat hissələrinin geniş çeşidi, mühərrikdən tutmuş generatora qədər, bir çox modelləri və detal qruplarını əhatə edir ki, bu da avtomobilinizə göstərilən qulluğu daha asan və sərfəli edir
  • Qiymət - "Mercedes-Benz" bərpa edilmiş ehtiyat hissələri istifadə etdiyiniz zaman qazancınız yeni ehtiyat hissələri ilə müqayisədə, 25% təşkil edir
  • Zəmanət – kompromissiz keyfiyyət Sizin üçün bərpa edilmiş ehtiyat hissələrinə yeni ehtiyat hissələrinə verilən zəmanət şərtləri ilə eyni olan zəmanət şərtləri təklif etməyə imkan verir
  • Ətraf mühitə qayğı həyatımızda getdikcə daha böyük rol oynamağa başlayır. Elektrik enerjisi sərfiyyatının azaldılması, havaya buraxılan CO2 həcminin azaldılması, təbii sərvətlərin qorunub saxlanması - bütün bunlar ehtiyat hissələrinin bərpa edilməsi zamanı uğurla həll olunan tapşırıqlardır