Mercedes-Benz

Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi. Bu avtomobil istehsalçısının ilkin modellərindən biri olmuş 1931-ci il buraxılışı Mercedes-Benz 170, həmin zəmanənin müstəsna xarakterli nailiyyəti hes

1960
18-25 Yanvar
 Şok/Moll komandasının xüsusi "Mercedes-Benz" 220 SE-də "Rally Monte-Carlo"da Almaniyanın tam qələbəsi. "Mercedes-Benz" il ərzində rallidə 117 dəfə qələbə qazanır.

1961
10 Fevral
 Valter Xisinger "Daimler-Benz AG" İdarə Heyətinin Sədri təyin olunub.

25 Fevral
"Mühərrikli Nəqliyyatın 75 ili"ni qeyd edərək, Ştutqartın Untertürkxaym şəhərində yeni "Daimler-Benz" muzeyi açılır; və W111 seriyalı 220 SEb kupesi təqdim olunur.

31 May
"Daimler-Benz" Düsseldorfdakı "Auto Union" firmasına məxsus zavodu icarəyə götürür. İlin sonunda L319 furqon və OM636 dizel mühərriklərinin, eləcə də sükan mexanizmlərinin və sürət qutularının hissələri istehsalına başlayır.

21 Sentyabr-1 Oktyabr
IAA "Mercedes-Benz" 190, 190D (W110), yeni kabriolet 220SE (W111) və 300SE (W112) yeni avtomobil modellərini təqdim edir.

1962
Yanvar
 Vyorte-Reyndə "Daimler-Benz" zavodunun tikintisinə başlanılır. Zavod kommersiya avtoobilləri üçün nəzərdə tutulub.

Sentyabr
Müharibədən sonra istehsal olunmuş 220SE avtomobili "Mercedes-Benz"in milyonununcu avtomobili olaraq buraxılır.

1963

13-23 Mart
Mersedes-Benz 230SL (W113), xarakterik paqoda formalı damı ilə Cenevrə beynəlxalq avtosalonunda təqdim edilmişdir. O, 300SL və 190SL idman avtomobillərini əvəz edir. İlk dəfə olaraq idman avtomobilində Bela Barenyi tərəfindən hazırlanmış təhlükəsiz gövdə meydana gəldi. Digər bir yenilik, S-Class uzun limuzinlərinin əsasını təşkil etməyə davam edən 10 sm təkər bazasında uzadılmış 300SE-dir.

12-22 Sentyabr
Frankfurt-Maynda IAA-da təqdim olunmuş Grosser Mercedes (W100) Model 600 firmanın yeni modeli hesab edilir. Model sırasının yeni üstün nöqtəsinin standart qismində çox saylı texniki yenilikləri vardır. Modelin iki versiyasının seriyalı istehsalına 1964-cü ildə başlanacaqdır.

1964
Mart
"Mercedes-Benz" kommersiya avtomobilləri sektorunda, dizel mühərriklərində kameradan əvvəlki sistemdən birbaşa püskürtməyə keçid başlayır, bu da yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır və istismar xarakteristikasını artırır.

1965
1 yanvar
"Studebaker-Pakkard" ilə agentlik razılaşmasının ləğv edilməsindən sonra "Mercedes-Benz of North America, Inc"(MBNA) ABŞ ərazisində bütün "Daimler-Benz" məhsullarının satışı ilə məşğul olmağa başladı.

Mart
Manheymdə "Mercedes-Benz" O302 avtobus modelinin istehsalına başlandı.

14 İyul
Vörte-Reyndə "Mercedes-Benz" kommersiya avtomobilləri zavodunda istehsala başlandı.

7 Sentyabr
250S, 250SE və 300SEb (W108) modellərinin təqdimatı ilə "Mercedes-Benz" avtomobillərinin yuxarı sinfi rəsmi olaraq müstəqil olur və eyni zamanda stilistik olaraq orta sinif avtomobillərindən ayrılmış olur.

"Daimler-Benz" LP810, LP1013 və LP1213 modellərində kabin mühərrikli yük maşınlarının tam seriyasını təqdim edir. Mühərrik artıq sürücünün kabinəsi qarşısında yerləşmir, döşəmənin altına keçirilir ki, bu da sahəni böyüdür, səs-küyü azaldır və istilik izolyasiyasını yaxşılaşdırır.

"Daimler-Benz AG" Avropa Birliyinin ən iri kommersiya avtomobilləri istehsalçısı olur.

1966
28 Oktyabr

"Maybax Motoren GmbX" və "Mercedes-Benz Motorenbau GMBH" "Maybax "Mercedes-Benz" Motorenbau GmbH"-yə birləşir. "Daimler-Benz"in payı 83% təşkil edir.

1967
Yanvar
 Düsseldorf zavodunda 1955-ci ildən buraxılan 319 seriyalı modeli əvəz edən L406, L408 və O309 model yeni nəsil "Mercedes-Benz" furqonlarının istehsalına başlanır.

14-24 Sentyabr
Frankfurt-Mayndakı IAA-da "Mercedes-Benz" O305 model  marşrut avtobuslarının yeni standartı təqdim olunub.

1968

9-10 Yanvar
 Yeni nəsil "Mercedes-Benz" təqdim olunub. Yeni 2.8 litrlik modellər 280S, 280SE (W108), 280SE (W111) kupe və kabrioletə və 280SL (W113) əlavə olaraq, 200D, 220D, 200, 220 (W115), 230 və 250 (W114) daxil olmaqla tamamilə yenidən işlənmiş orta sinif avtomobilləri təqdim olunur. Modellərin təqdimat ilini göstərən "/8" əlavə işarəsi sonradan populyar olaraq xalq arasında "Ştrix-Axt" ləqəbi ilə tanınacaqdır.

19 Noyabr
Xokenxaymda təqdim olunan "Mercedes-Benz" 250C kupe və 250CE (W114) ikinci kupe xətti ilə model sırasını genişləndirir. İlk dəfə olaraq "Mercedes-Benz" indi orta sinif avtomobilləri üçün kupe versiyasını təklif edir.

24 Dekabr
"Daimler-Benz" "Raynişe Ştalverken AG" ilə birlikdə Hannoverdə "Hanomag-Henşel Farsoyqverk GmbH (HHF) təsis edir.

1969

İyul
"Daimler-Benz AG" və "Maşinenfabrik Augsburg-Nyurnberq AQ (MAN) önlara məxsus yüksək texnoloji dizel və turbo aviamühərriklər bölmələrini birləşdirir və MTU qrupunu təsis edir. "Maybax Mercedes-Benz Motorenbau QmbX" "MTU Motoren-und Turbinen-Union Fridrixşafen QmbX" olur, "MAN-Turbo GmbX" "MTU Motoren-und Turbinen-Union Münxen GmbX" olur. "Daimler-Benz" və "MAN" "MTU Münxen"in bərabər paylarına sahibdir. "MTU Münxen" şirkəti "MTU Fridrixşafen" şirkətinin 84% səhmlərinə sahibdir.

21-24 Sentyabrdan
 etibarən Frankfurt-Maynda IAA-da üç diskli dönən Vankel mühərrikli və 300SEL 3.5 və 280SE 3.5 kupe və 3.5 litr həcmli V-şəkilli səkkiz silindrli kabriolet eksperimental Mercedes-Benz C111 nümayiş olunur. Həmçinin OE302 eksperimental elektrik avtobusu da təqdim edildi. LP1632 yeni model yük maşını modeli ilə "Daimler-Benz" sürücü kabinəsinin hidravlik əyilmə mexanizmini buraxır.

1970
 11-23 Mart
"Mercedes-Benz" C111 yenidən işlənmiş gövdə ilə və dörd diskli Vankel dönən mühərriki ilə Cenevrə beynəlxalq avtomobil salonunda nümayiş olunur; o, 350 at gücünə malikdir və maksimal sürəti 300 km/saat təşkil edir. "Fırlanan eksperimental laboratoriya" 4,8 saniyədə 0 km/saatdan 100 km/saatadək sürətlənir.

1971
14 Aprel
 Təhlükəsizlik sahəsinin bir çox yenilikləri ilə təchiz olunmuş 350SL (107 seriyalı) yeni "Mercedes-Benz" idman avtomobilinin təqdimatı.

29 İyul
 1965-ci ildən İdarə Heyətinin Sözçüsü olan Doktor Yoaxim Tsan "Daimler-Benz" İdarə Heyətinin Sədri vəzifəsinə təyin edildi.

1972

Aprel
 1965-ci ildən İdarə Heyətinin Sədri olan Dr. Yoaxim Zan,  "Daimler-Benz AG" İdarə Heyətinin Sədri təyin edildi.

25 Sentyabr
 "Daimler-Benz",  280S, 280SE və 350SE modelləri ilə yeni S-Class W116-nı təqdim edir.

1973
Aprel
 Cenevrə beynəlxalq avtosalonunda təqdim olunan 4.5L V-8 ilə birlikdə 450SE və 450SEL (116 seriya) və 450SL və 450SLC (107 seriyalı) Mercedes-Benz modelləri satış proqramını tamamlayır.

Dekabr
 İlk dəfə olaraq "Daimler-Benz AG" öz əməkdaşlarına kollektiv səhmlər verməyə başlayır.