Compliance
Mercedes-Benz markasını təmsil edən şirkət kimi biz qlobal məsuliyyət daşıyırıq. Bunun nəticəsi olaraq biz BMT-nin Global Compact prinsiplərinə uyğun fəaliyyət göstəririk:
· İnsan hüquqularının qorunması
· İş prossesində fundamental hüququların qorunması, xüsusən də əmək münasibətlərindən öncə və onlar qüvvədə olduğu zamanı diskriminasiyanın, uşaq əməyinin və məcburi əməyin qarşısının allınması
· Davamlı olaraq ətraf-mühitin qorunması
· Korrupsiyaya qarşı mübarizə
Biz korrupsiyaya qarşı mübarizə aparmaq üçün bazardakı nüfuzumuzdan istifadə etməyə çalışırıq. Biz əminik ki, korrupsiyaya qarşı mübarizə bizim nüfuzumuzu gücləndirir və bizə davamlı iqtisadi müvəffəqiyyətə nail olmağa kömək edir.
Biz rüşvət almırıq və vermirik. Biz qanunsuz bizneslə məşqul olmuruq. Biz yalnız müqavilələri ədalətli və hüquqi şəkildə qazanmaq istəyirik. Əməkdaşlarımız və ya iş ortaqları tərəfindən qeyri-etik və ya korrupsiyalı davranışlara dözmürük və bunun əleyhinə ölçü götürürük. Korrupsiyaya əsaslanan qərarlar əxlaqsızdır, rəqabəti pozur, şirkətin aktivlərinə və nüfuzuna zərbə vurur.
Bizim bu mübarizədə müştərilərimizin dəstəyinə ehtiyacımız var. Mercedes-Benz markasını təmsil edən hər hansı bir əməkdaşın fəaliyyətində qeyri-etik və korrupsiyalı davranış müşahidə etdikdə [email protected] e-mail ünvanına məktub göndərməyiniz xahiş olunur. Şirkət tərəfindən məktubu göndərən şəxsin anonimliyinə zəmanət verilir.