Mercedes-Benz

Dəmirçi-rəngsaz təmir mərkəzi

"AutoStar Kaukasus" diler mərkəzində gövdə elementlərinin təmiri - "Mercedes-Benz" markası səviyyəsində fərdi yanaşma və işin bütün mərhələlərində mükəmməlliyə can atmaqdır. Bizim mütəxəssislərimizin işinin məqsədi probleminizi maksimal qısa müddətdə ən yaxşı nəticə ilə həll etməkdir. 

Gövdə təmiri üçün istehsal qabiliyyətlərimiz, müvafiq gövdə hissələri və vacib komponentlərin seçilməsindən və təmin edilməsindən , avtomobil korpusunun son boya işlərinə qədər bütün istehsal dövrünü əhatə edir. Sənətkarların və rəngkarların təcrübəsi isə, gövdə təmir işlərini çox yüksək səviyyədə aparmağa imkan verir ki, bunun nəticəsində zavod boyaları şirkətimizdə istehsal olunan yenisindən fərqlənmir.

Keyfiyyət, məlum olduğu kimi, bir sıra vacib detallardan ibarətdir. Bu, işçilərin təcrübəsi, avtomobillərin gövdə təmiri işlərini aparanda istifadə etdiyimiz materiallar, orijinal gövdə hissələri, zəruri komponentlər və bəlkə də ən vacib amil – "Mercedes Benz" standartlarına əsaslanan yüksək istehsal mədəniyyətidir. Bütün bunlar müştərilərə avtomobillərin rənglənməsi və gövdə təmirinin keyfiyyətinə inam verir, biz həmişə bu etimadı daha da artırmaq üçün çalışırıq, müştərilərimizin həyatı isə bir az daha rahat olur.

Tez-tez verilən suala cavab verək: gövdə təmirini harada edək və gövdə təmirinin qiyməti nə qədərdir? "Mercedes-Benz"in rəsmi dileri olan "AutoStar Kaukasus" şirkətinə gəlin, və siz xidmətlərimizin keyfiyyətinə əmin ola biləcəksiniz , avtomobiliniz isə, yenilənmiş xarici görünüşü ilə sizi bir daha sevindirəcək və ən əsası avtomobil gövdəsinin təmirinin qiyməti öz keyfiyyəti ilə tam əsaslandırılacaqdır.