Mercedes-Benz

Etiket

Qablaşdırmanın markalanması üçün etiket əhəmiyyətli funksiyaya malikdir: qablaşdırmanın içindəkiləri barədə aydın, uyğun və tam məlumatın təqdim edilməsi. Bir tərəfdən, məmulatın dörd dildə (alman, ingilis, ispan və fransız dillərində) göstərilməsi, digər tərəfdən isə detalın nömrəsinin əlavə olaraq 128 ştrix kodu formasında göstərilməsi vasitəsilə.

Detalların sıra nömrələri elə qeydə alınır ki, Siz həmişə, nömrəni Detalın dəyəri bölməsində yoxlayaraq, detalın orijinallığını yoxlaya bilərsiniz.

Bu, saxta detallardan uzaq durmağa və orijinal ehtiyat hissələri lehinə düzgün seçim etməyə kömək edəcək.

Etiketdə yerləşdirilən məlumatlar:

  • Qablaşdırmada mövcud olan detalların sayı
  • "Mercedes-Benz" orijinal ehtiyat hissələri / sınaqdan keçirilmiş miqdar
  • Almaniyada istehsal olunub - detalın istehsal olunduğu ölkə
  • Detalın 128 ştrix kodunda təqdim olunan nömrəsi
  • 4 dildə detalın adı
  • Tədarükçünün / Daimler AG istehsalçı zavodunun nömrəsi
  • "Mercedes-Benz" ehtiyat hissəsinin nömrəsi

Etiket, bir qayda olaraq, qablaşdırmanın sol yuxarı küncündə, uzununa haşiyəyə paralel olaraq yerləşir.