"Mercedes-Benz" əyləc qəlibləri
İstənilən vəziyyətdə əminlik
İstənilən vəziyyətdə effektiv dayanma təhlükəsizliyin zəminini təşkil edir. Əyləc sisteminin həmahəng fəaliyyəti ayrılıqda hər bir komponentin keyfiyyətindən və etibarlılığından asılıdır. "Mercedes-Benz" orijinal əyləc qəlibləri xüsusi olaraq əyləc sistemi tərkibində optimal qarşılıqlı əlaqə və ən yaxşı dayanma xüsusiyyətlərinin əldə edilməsi üçün hazırlanmışdır.
Sınaq obyektləri
"Mercedes-Benz" C220 CDI T BlueEFFICIENCY (S 204) avtomobili
- "Mercedes-Benz" orijinal əyləc qəlibləri A 005 420 08 20
- Əyləc qəlibləri-analoq №1
- Əyləc qəlibləri-analoq №2
- Əyləc qəlibləri-analoq №3
- Əyləc qəlibləri-analoq №4
Sınaq meyarları
- Komplektlik, quraşdırma dəqiqliyi
- Dayanma yolunun uzunluğunun müəyyən edilməsi
- Yeyilməyə qarşı dayanıqlıq
Nəticələr
|
"Mercedes-Benz" orijinal əyləc qəlibləri |
Əyləc qəlibləri-analoq №1 |
Əyləc qəlibləri-analoq №2 |
Əyləc qəlibləri-analoq №3 |
---|---|---|---|---|
Komplektlik, quraşdırma dəqiqliyi. |
Ölçülərin dəqiqliyinin yüksək dərəcəsi, lazımı komplektlik qəliblərin sürətli və etibarlı şəkildə dəyişdirilməsinə imkan verir. |
Ölçülərin uyğunsuzluğu aşkar edilmişdir ki, bu da metal klipslərin sınmasına, səs səviyyəsinin artmasına və əyləc diskinin sıradan çıxmasına səbəb ola bilər. |
Qəlibin işçi səthinin kənarlarında çatla aşkar edilmişdir. |
Ölçülərin uyğunsuzluğu aşkar edilmişdir ki, bu da metal klipslərin sınmasına, səs səviyyəsinin artmasına və əyləc diskinin sıradan çıxmasına səbəb ola bilər. |
Dayanma yolunun uzunluğunun müəyyən edilməsi. |
Bütün sürət sınaqlarında və əyləc mexanizmlərinin istənilən temperatur rejimində minimal dayanma yolu. |
Düzxətli dayanmanın qorunub saxlanması qabiliyyəti itirilmişdir. 100 və 180 km/saat sürətdən dayanma zamanı dayanma yolu orijinal qəliblərdəkindən müvafiq olaraq 5,2 və 6,7 metr çox olmuşdur. |
Qəliblər təxminən "Mercedes-Benz" orijinal qəliblərindəkinə bərabər olan dayanma yolunu təmin edir. |
Sınaq sürətindən asılı olmayaraq, dayanma yolu orijinal qəliblərindəkindən çox olmuşdur. |
Yeyilməyə qarşı dayanıqlıq. |
Minimal yeyilmə. Qüsursuz həmcins işçi səthi. Proqnozlaşdırılan yürüş: 65000 km |
Friksiya materialının kənarında qopmalar. Proqnozlaşdırılan yürüş: 60000 km |
İşçi səthində qopma və çatlar. Proqnozlaşdırılan yürüş: 45000 km |
Səsboğucu lövhənin ayrılması. Proqnozlaşdırılan yürüş: 50000 km |
Aparılmış sınaqlar üzrə nəticə
"Mercedes-Benz" əyləc qəlibləri yalnız müxtəlif dayanma şəraitində dayanma yolunun optimal uzunluğu sayəsində maksimal təhlükəsizlik səviyyəsini təmin etmir, həmçinin ən çox istismar müddətinə malikdir ki, bu da orijinal ehtiyat hissələrinin istifadəsinin iqtisadi əsaslılığını təsdiq edir.