Hava filtrləri
Təmizlik və maksimal dartı qüvvəsi
Hava ilə birlikdə mühərrikin silindrlərinə düşən toz, abraziv material rolunda çıxış edərək, silindr- porşen qrupunun intensiv şəkildə yeyilməsinə gətirib çıxarır. Buna görə, havanın təmizlənməsinin keyfiyyəti mühərrikin istismarının etibarlılığını və davamlılığını təmin edən həlledici amillərdən biridir. "Mercedes-Benz" orijinal hava filtrləri hər növ mühərrik üçün xüsusi olaraq hazırlanır və şirkətin yüksək keyfiyyət standartlarına uyğun gəlir.
Sınaq obyektləri
- "Mercedes-Benz" orijinal hava filtrləri A 611 094 01 04
- Hava filtri-analoq N1
- Hava filtri-analoq N2
Sınaq meyarları
- Filtrasiyanın effektivliyi. Hava filtrinin faizlə ifadə olunan filtrasiya effektivliyini müəyyən edir. Filtr ən kiçik hissəcikləri tutub saxlamaq qabiliyyətinə malik olmalı və bu zaman tutulmamalıdır.
- Toz udma qabiliyyəti. Qramla ifadə olunaraq, hava filtrinin hansı miqdarda toz, çirk və his hissəciklərini filtrasiya edə biləcəyini müəyyən edir. Toz udma qabiliyyəti nə qədər çoxdursa, filtrin xidmət müddəti o qədər çox olur.
- Rütubətə qarşı dayanıqlıq. Ətraf mühitdən gələn rütubətin təsirinə qarşı dayanıqlığı müəyyən edir.
Nəticələr
|
"Mercedes-Benz" orijinal filtri |
Filtr-analoq N1 |
Filtr-analoq N2 |
---|---|---|---|
Filtrasiyanın effektivliyi |
Xidmət müddəti ərzində, filtrdən tozun yalnız 0,1% keçir ki, bu da istehsalçı tələblərinə uyğundur. |
Filtr tozun 1%-i buraxır, mühərrikə kifayət qədər təmizlənməmiş hava daxil olur. |
Filtr tozun 2,2%-i buraxır, mühərrikə kifayət qədər təmizlənməmiş hava daxil olur. |
Toz udma qabiliyyəti |
Orijinal filtrin toz udma qabiliyyəti 370 qr. təşkil edir ki, bu da onun istismar müddətinin uzun olmasını təmin edir. |
Filtrin toz udma qabiliyyəti 59 qr. təşkil edir. Bu o deməkdir ki, o ehtiyatı daha tez bitirəcək. |
Filtrin toz udma qabiliyyəti 220 qr. təşkil edir. Bu o deməkdir ki, filtri daha tez dəyişmək lazım olacaq. |
Rütubətə qarşı dayanıqlıq |
|
|
|
|
"Mercedes-Benz" orijinal hava filtri nə yağışdan, nə qardan, nə dumandan qorxmur, çünki o, tam şəkildə istehsalçı normalarına uyğundur. |
Filtr həddindən çox tez islanır, onun qırçınları bir-birinə yapışır və o açıq- aydın şəkildə sıxılır və hava buraxmır. |
Filtr orta nəticələr nümayiş etdirmişdir, nəmin daxil olması səbəbi ilə, onun strukturu bir az deformasiya olunmuşdur. |
Aparılmış sınaqlar üzrə nəticə
"Mercedes-Benz" orijinal hava filtrlərinin təkrarolunmaz keyfiyyəti rəqəmlərlə aydın şəkildə özünü büruzə verir ki, bu da digər istehsalçılara heç bir şans saxlamır. Orijinal hava filtrləri həm filtrlərin özünün, həm də avtomobil mühərrikinin daha çox effektiv və uzunmüddətli fəaliyyətini təmin edir.