Mercedes-Benz

Holoqram

Hər orijinal "Mercedes-Benz" ehtiyat hissəsi bir daha onu xatırladır ki, "Mercedes-Benz" bütün dünyada qəbul edilmiş təhlükəsizlik, etibarlılıq, uzunömürlülük və keyfiyyət etalonudur. Buna, hər şeydən əlavə, qablaşdırmanın üzərindəki, saxtalıqdan müdafiə olunan keyfiyyət nişanı səbəb olur.

Holoqram qablaşdırmanın açıldığı yeri möhürləyir ki, bu da həmin anda istənilən açma cəhdini üzə çıxarır. Beləliklə, hər bir qablaşdırma yalnız bir dəfə istifadə oluna bilər.

Prime Line seriyasından olan məmulatların qablaşdırmasına cari nömrələməsi olan holoqramlar vurulur. Hər bir rəsmi tərəfdaş müəssisəsi detalların qablaşdırılması üçün zəruri olan sayda holoqram alır. Verilən nömrələrin sistemləşdirilməsi üzrə ciddi uçot aparılır ki, bu da müəyyən "Mercedes-Benz" orijinal ehtiyat hissəsinin yaradılmasından satışına qədər gedən yolu dəqiqliklə izləməyə imkan verir. Bu sistem bütün dünyada işləyir.

Müstəsna hallarda, holoqramlar bilavasitə olaraq detalın üzərinə vurulur. Məsələn, ön şüşələrə, akkumulyatorlara və səsboğuculara.

Bu cür yanaşma sayəsində, müştəri orijinal ehtiyat hissəsi aldığına əmin ola bilər.