Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi. Bu avtomobil istehsalçısının ilkin modellərindən biri olmuş 1931-ci il buraxılışı Mercedes-Benz 170, həmin zəmanənin müstəsna xarakterli nailiyyəti hes
1952
6 Yanvar
"Daimler-Benz" İdarə heyətinin sədri doktor Vilhelm Xaspel dünyasını dəyişir, Genrix K. Vagner onu bu vəzifədə əvəz edir.
Yanvar
"Daimler-Benz AG" Maksimilian Hoffman ilə agentlik müqaviləsi imzaladıqdan sonra Şimali Amerikanın avtomobil bazarında yer qazandı. 1952-ci ildə 253 avtomobil satıldı.
15 İyun
German Lanq/Fris Riss komandası Mercedes-Benz 300 SL-də Le-Manda 24 saatlıq yürüşdə qələbə qazanır.
19-23 Noyabr
Karl Klinq təcrübi nümunə olan Mercedes-Benz 300 SL ilə "Karrera Panamerikana Meksika"da üçüncü yürüşdə qələbə qazanır.
1953
15 Yanvar
Genrix K. Vagnerin ölümü. "Daimler -Benz" İdarə heyətinin sədri vəzifəsini onun davamşısı doktor Fris Kyoneke tutur.
19 Sentyabr
"Mercedes-Benz"in aparıcı gövdəli ilk avtomobili (pontonları xatırladır) Model 180 (W 120) təqdim edildi. Eyni zamanda, müasirləşdirilmiş170 S-V və 170 S-D modelləri təqdim olunur.
23 Oktyabr
San-Pauloda "Mercedes-Benz Brazil" təsis edilib. O, kommersiya avtomobillərinin və avtobusların istehsalı üçün nəzərdə tutulub.
İlin sonunda. "Daimler-Benz AG" Almaniyanın ən iri minik və kommersiya avtomobilləri ixracatçısıdır.
1954
6-14 Fevral
"Mercedes-Benz" 190 SL və 300 SL idman avtomobilləri Nyu-Yorkdakı "Beynəlxalq idman avtomobilləri şousu"nda nümayiş olunur. 300 SL-də 3 litrlik 215 güclü mühərrik Bosch püskürtmə sistemi ilə təchiz olunmuşdur və beləliklə dördtaktlı mühərrikləri olan seriya avtomobillərində ilk dəfə yanacaq püskürtmə işarəsini qeyd edir.
4 İyul
"Daimler-Benz AG" "Formula 1" yarışlarında iştirak etməyə başlayır. Reymsdəki "Fransa Qran Prisi"ndə yeni sürətləndirilmiş W 196 yarış modellərinin ilk startı ikiqat qələbə qazandırır: birincisi Xuan Manuel Fangio, ikincisi Karl Kling.
Xuan Manuel Fangio "Formula 1"in dünya çempionu olur.
1955
22 Sentyabr-2 Oktyabr
Frankfurt-Maynda beynəlxalq avtosalonda Daimler-Benz müharibədən sonra ilk "Mercedes-Benz" L 319 furqonunu təqdim edir. 300 SC-dən başlayaraq, 300 S-nin daha da inkişaf etdirilməsi, yanacaq püskürtmə sistemi avtomobil istehsalı sənayesində daha çox istifadəsini tapır.
Payız.
"Mercedes-Benz" "Formula 1" sürücülər arasında dünya çempionatını, 300 SLR yarış modeli ilə də dünya konstruktorlar çempionatının qalibi olur. "Mercedes-Benz" 300 SL və 220 modelləri̇ i̇lə Avropa turizm avtomobilləri çempionatında qalib gəlir.
Dekabr
"Daimler-Benz AG" ilin sonunda keçiriləcək "Qran-pri" yarışlarında iştirak etməkdən imtina edir.
1956
28 Sentyabr
"Daimler-Benz" Sao-Bernardo Kampodakı Braziliya zavodunun təqdimatı.
1957
Mart
İlk dəfə olaraq "Daimler-Benz AG" işçilərinin sayı 50000-i ötür.
14-24 Mart
Məşhur "qanad" qapısı kupesinin davamçısı olan 300 SL rodsterin (W 198 II) dünya premyerası Cenevrə beynəlxalq avtosalonunda baş tutdu.
11 Aprel
"Studebaker-Packard", "Daimler-Benz AG" və "Kertiss-Rayt" arasındakı müqaviləyə əsasən ABŞ-da "Mercedes-Benz" avtomobillərinin və dizel mühərriklərinin satışına başlayır.
1958
May
"Mercedes-Benz" 0 317 avtobusunun istehsalı Manheym zavodunda başlanılır, Gaggenau zavodunda isə mühərrikin üstündə kabin və iki dönən ön ox ilə LP 333 üçoxlu yük maşını istehsal edir.
30 İyul
Melburnda "Mercedes-Benz Australia Pti. Ltd." təsis edilib.
1959
Mart
"Daimler-Benz AG" yeni baza yük maşını L / LP 322 və L / LP 337 modellərini təqdim edir. Bu andan, uzun kapotlu kabin konstruksiyalarının qısaldılmış kapot və mühərrik üzərində kabin ilə yeni kabinlərlə dəyişdirilməsi başlayır.
11 Avqust
"Daimler-Benz AG" Bela Barenyi tərəfindən hazırlanan təhlükəsizlik qutusu seriya avtomobillərində ilk dəfə istifadə edildiyi yeni 6 silindrli 220, 220 S və 220 SE modellərini təqdim edir. Bu çeşidli modellərlə, "Daimler-Benz", orta (aralıq) kateqoriyada Avropa bazarı liderliyində bir irəliləyiş edir.
Sentyabr
Zindelfingendə sistematik kraş-testləri əvvəlcə açıq havada başlayır.