Kütləvi hava axını sensoru
Mühərrik işinin maksimal efektivliliyi
Kütləvi hava axını sensoru (axın olçən cihaz) mühərrik işinə əsas nəzarət elementlərindən biri hesab olunur. Yanacağın və yanan qarışıqdakı havanın optimal nisbətini müəyyən etmək üçün mühərrikə verilən hava kütləsini yüksək dəqiqliklə ölçür. Bu həm yanacaq sərfiyyatını, həm də işlənmiş qazların (İQ) toksikliyini azaltmağa kömək edir. Bundan əlavə, hava axını sensoru təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır, (sürətlənərkən, ötmə zamanı və ya dolama dağ yolunda hərəkət edərkən) maksimum yanacaq tədarükünə zəmanət verir, ancaq güc itkisinə səbəb ola biləcək potensial təhlükəli səhvən işə düşmə də istisna edilib.
Kütləvi hava axını sensoru iki əsas komponentdən ibarətdir: sensorun özü və sensorun gövdəsi. Zəruri hallarda hər iki elementi əvəz etmək çox vacibdir, çünki axın ölçən cihazdakı həssas kontakt lövhəsi sensoru dəyişdirərkən asanlıqla zədələnə bilər. Kontakt lövhəsi iş rejimində qalsa belə, əvəz edilmiş komponentlərdəki ölçü kənarlaşmaları səbəbindən sensoru korpusa dəqiq bir şəkildə yerləşdirmək mümkün olmayacaq və bu, optimal hava-yanacaq qarışığı əldə etməyə imkan verməyəcəkdir. Daha az cəlbedici həll olaraq sensoru təmizləmək olar. Sıxılmış hava və ya təmizləyici vasitələrdən istifadə sensorun membranını zədələyə bilər.
Sınaq obyektləri
- "Mercedes-Benz" A1120940048 orijinal kütləvi hava axını sensoru
- Kütləvi hava axını sensorunun analoqu
Sınaq meyarları
- Yanacaq sərfiyyatı və İQ toksikliyi. Göstəricilərin ölçülməsi BMT-nin AİK-nın (Avropa İqtisad Komissiyası) qaydalarına əsasən sürmə dövründə həyata keçirilmişdir.
- Mühərrikin gücü. Zəhərlənmə və ətraf mühitə uyğunluğun qiymətləndirilməsi ilə paralel olaraq, işlənmiş qazların tərkibindəki oksigenin güc xüsusiyyətləri və dəyişiklikləri qiymətləndirilmişdir.
- Avtomobilin idarə edilməsinə təsir sürücülər tərəfindən subyektiv olaraq qiymətləndirilib. Sınaq zamanı işə salma xüsusiyyətlərinə, boşuna işləmə zamanı dövr sayının sabitləşməsinə, sürətlənmədən tormozlanmaya keçməyə, ötmə və ya yoxuşa qalxma kimi manevrlərə xüsusi diqqət yetirildi.
Nəticələr
Yanacaq sərfiyyatı və İQ toksikliyi
|
"Mercedes-Benz" A1120940048 orijinal kütləvi hava axını sensoru |
Sensor-analoq |
---|---|---|
СН |
100% |
90% |
CO |
100% |
144% |
CO2 |
100% |
102% |
NOX |
100% |
80% |
Yanacaq sərfiyyatı |
100% |
102% |
Sınaq nəticələri göstərdi ki, orijinal kütləvi hava axını sensoru istifadə edilərkən yanacaq sərfiyyatı analoq sensor istifadə etdikdən daha azdır. Orijinal olmayan axın sayğacının istifadəsi yanacaq sərfiyyatı və İQ toksikliyinin artmasına səbəb olur.
Mühərrikin gücü
Rəqib firmanın axın sayğacını istifadə edərkən, mühərrikin gücü orijinal kütləvi hava axını sensoru olan mühərrikdən 3% aşağı idi, çünki səbəbsiz olaraq çox miqdarda yanacaq püskürdülürdü. Eyni zamanda katalitik neytrallaşdırıcıda temperatur artmışdı və onun sıradan çıxmasının qarşısını almaq üçün analoq sensorun mühərrikin yüksək dövrlərində sınaqdan keçirilməsinı dayandırmaq lazım gəldi.
Avtomobilin idarə olunmasına təsir
Orijinal sensorla təchiz edilmiş avtomobil sürətlənmə, ötmə və yoxuşa qalxma zamanı gözlənilən effektivliyi göstərdi. Öz növbəsində, analoq axın sayğacı olan mühərrik orta və yüksək dövriyyələrdə yalan göstəriciləri daxil edərək effektivliyin əhəmiyyətli dərəcədə azaldığını göstərdi. Boşuna işləmə və tərpənmə zamanı yüngül təkanlar və eləcə də, manevr və yerindən tərpənmə zamanı alışmanın buraxılması müşahidə olunurdu. Bu halda, rəqib firmanın hava axını sayğacı olan mühərrikin gücü, orijinal "Mercedes-Benz" hava axını sayğacı olan mühərrikin gücündən xeyli aşağı idi.
Aparılmış sınaqlar üzrə nəticə
Orijinal olmayan kütləvi hava axını sensorunun istifadəsi artan yanacaq sərfiyyatı və İQ toksikliyi, mühərrik gücünün azaldılması, işə salındıqda, sürətlənərkən və manevr edərkən avtomobilin istismarının pisləşməsi kimi nəticələrə səbəb ola bilər.