Mercedes-Benz

Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi. Bu avtomobil istehsalçısının ilkin modellərindən biri olmuş 1931-ci il buraxılışı Mercedes-Benz 170, həmin zəmanənin müstəsna xarakterli nailiyyəti hes

1942
 18 İyul
"Daimler-Benz AG" İdarə heyətinin sədri doktor Vilhelm Kissel qəfil dünyasını dəyişir. Doktor Vilhelm Xaspel onun davamçısı olur.

 

Payız
 Untertürkxaymda "Mercedes-Benz" avtomobil istehsalı tədricən hərbi istehsalın xeyrinə azalır.

Müharibə illərində keçmiş "Daimler-Benz AG"-nin müxtəlif müəssisələrində məcburi əməyə çox sayda əsir çalışmışdır. Bu mövzuda daha çox məlumatı "Daimler-Benz AG"-nin arxivlərində tapmaq olar.

1943
17 Sentyabr
"Daimler-Benz AG" 170 V modeli üçün qaz generatorlu sərnişin minik avtomobilini təqdim edir. Yalnız 70 kq ağırlığında, 800 reyxsmarka dəyəri olan və əvvəlcədən quraşdırıan, 24 kq kömürlə yükləndikdə 100 ilə 130 km arasında avtomobil hərəkət radiusunu təmin edir.

 

1944
18 İyul
Bombalanma Zindelfingendə yerləşən "Mercedes-Benz" zavodundakı maşın istehsalı və avadanlıqların 50 faizindən çoxunu, binaların 80 faizini məhv edir. Cəmi 20000-ə qədər partlayıcı və yandırıcı bomba fabrikin üzərinə atıldı.

20 May
 Untertürkxaymda müvəqqəti olaraq "Mercedes-Benz" zavodu açılır; 1240 fəhlə və hərbçi onun bərpasına başlayır.

Yay. "Daimler-Benz" aviasiya mühərrikinin hazırlanması bölməsinin bir qrup mühəndisi Unimog (Universal-Motor-Geret - universal mühərrikli cihaz) inkişaf etdirən işçi qrupuna qoşulur.