Mercedes-Benz

Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi. Bu avtomobil istehsalçısının ilkin modellərindən biri olmuş 1931-ci il buraxılışı Mercedes-Benz 170, həmin zəmanənin müstəsna xarakterli nailiyyəti hes

1946
22 Fevral
 Müharibədən sonrakı ilk 4 silindrli 170 V modeli üçün həcmi 1,7 litrlik "Mercedes-Benz" mühərriki Untertürkxaymdə istehsal olundu.

May
İlk 170 V (W 136 I) avtomobil modellərinin yekun yığılması, avtofurqon, çatdırılma və təcili yardım avtomobil versiyaları ilə "Daimler-Benz AG" müharibədən sonrakı istehsalını bərpa edir. 1946-cı ildə cəmi 214 avtomobil istehsal olundu.
İyul
"Mercedes-Benz" 170 V (W 136 I) modelinin dörd qapılı limuzin versiyasında istehsalı bərpa edildi.

1948
29 Avqust-5 Sentyabr
Müharibədən sonra ilk Alman kənd təsərrüfatı və valyuta islahatları sərgisində daha sonra "Mercedes-Benz Unimog" kimi tanınacaq universal nəqliyyat vasitəsi təqdim edilib.

1949
20-30 May
Hannoverdəki Texniki İxracat Sərgisində 170 S və 170 D minik avtomobil modellərinin, habelə kommersiya avtoistehsalında yeni dövr gətirən yeni L 3250 yük avtomobili və O 3250 avtobusu modellərinin təqdimatı.

1950
31 İyul
 Buenos-Ayresdə "Mercedes-Benz Argentina S.A." təsis olunur.

Oktyabr
Müharibədən sonrakı ilk istehsal olunan L-6600 seriyalı "Mercedes-Benz" ağır yük maşınının təqdimatı baş tutdu.

1951
23 Yanvar
"Daimler-Benz” sərnişin salonunun təhlükəsizlik kamerasına patentini qeydiyyatdan keçirir. Mühəndis Bel Barenyinin bu 854157 nömrəli ixtirası indi də avtomobil isstehsalı sənayesində passiv təhlükəsizlik sisteminin əsasını təşkil edir.

19-29 Aprel
İki 6 silindrli "Mercedes-Benz" 220 (W 187) və 300 (W 186) modelləri Frankfurt-Mayn-da IAA-da (Beynəlxalq Avtoşou) təqdim olunub.

4-14 Oktyabr
"Daimler-Benz", Paris avtomobil salonunda 300 modelinin idman iki qapılı versiyası olan 300 S modelini təqdim edir.