Mercedes-Benz

Yüngül lehimli təkər diskləri

"Mercedes-Benz" təkər diskləri eksklüziv dizayn və yüksək istehsalat texnologiyaları deməkdir. Şinlərlə vəhdət təşkil edərək, onlar, maneənin üzərindən keçdikdə və ya quyuya düşdükdə, əhəmiyyətli yükü öz üzərinə götürür. Onların yüksək etibarlılığı səfərlər zamanı rahatlığınızın və təhlükəsizliyinizin təminatıdır.

Orijinal yüngül lehimli təkər disklərinin üstünlükləri:

- İfadəli və düşünülmüş müasir dizayn.

- "Mercedes-Benz" avtomobillərinin konkret modellərinin texniki xüsusiyyətlərinə dəqiqliklə uyğun olması.

- Möhkəmlik, zərbəyə qarşı dayanıqlıq.

- Avtomobilin dinamik xüsusiyyətlərinə müsbət təsir göstərən yüngül çəki və asqı detallarının uzunömürlülüyü.

- Dayanıqlı korroziya əleyhinə örtük.

Ucuz analoji disklərin əldə edilməsindən qazanc şübhə altındadır. Onların tez bir zamanda köhnəlməsi artıq bir neçə ildən sonra yeni disklər almaq zərurətinin yaranmasına gətirib çıxarır. Həndəsi ölçülər və kütləsinin uyğunsuzluğu asqının bahalı təmirinin daha tez edilməsinə, diskin yetərsiz davamlılığı isə təcili vəziyyətdə ciddi mənfi nəticələrə səbəb ola bilər.